Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Dek 19:59Olke
“Heydər Əliyev dövlətimizin bütövlüyünün, xalqımızın birliyinin, milli həmrəyliyimizin memarıdır”
Sabah Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günüdür.
Respublikaxeber.az xəbər verir ki, bu münasibətlə Moderator.az-a açıqlama verən general-mayor, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində müstəsna mövqeyə sahib olduğunu vurğulayıb:
“Heydər Əliyev dövlətimizin bütövlüyünün, xalqımızın birliyinin, milli həmrəyliyimizin memarıdır. Hər kəsə məlumdur ki, Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə dövlətimiz məhv olmaq həddində idi. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən ölkə daxilində mövcud olan ağır hərbi-siyasi durum, daxili qarşıdurma və xaos Azərbaycanı bir dövlət kimi məhv olmaq həddinə çatdırmışdı. Məhz belə bir kritik dönəmdə xalqın israrlı tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev, öncə Azərbaycan üçün uğursuzluqla gedən hərbi əməliyyatların dayandırılmasına, atəşkəs sazişinin imzalanmasına nail oldu. Bu saziş Azərbaycana toparlanmaq, erməni işğalına qarşı qüvvələri səfərbər etmək, onu ilk növbədə siyasi-diplomatik müstəvidə ifşa etmək, beynəlxalq ictimaiyyəti Qarabağ həqiqətləri haqqında məlumatlandırmaq, iqtisadiyyatı dirçəltmək, nizami ordu quruculuğu prosesini həyata keçirməyə imkan verdi.
Heydər Əliyev yadelli istilaya qarşı mübarizə aparmaqla yanaşı, ölkə daxilində sabitlik və təhlükəsizliyi bərpa etmək, daxili qarşıdurma və xaousu aradan qaldırmaq, güclü ordu, mərkəzləşdirilmiş dövlət yaratmaq istiqamətində də mühüm addımlar atdı. Onun qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırıldı. Ölkə daxilindəki qanunsuz silahlı dəstələr ləğv edildi. Vahid, nizami ordu formalaşdırıldı.
1994-cü ildə imzalanan neft kontraktları – “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin etdi. Bu müqavilə ölkəmizə iqtisadi baxımdan böyük və uzunmüddətli faydanı təmin etməklə yanaşı, onun müstəqilliyinin qorunması baxımından da siyasi çətir rolunu oynadı. “Əsrin müqaviləsi”nə əsasən dünyanın aparıcı neft şirkətləri Azərbaycana böyük investisiyalar, nəhəng kapitallar qoydu ki, bu da müstəqilliyimizə son qoymağa, dövlətimizi çökdürməyə çalışan məkrli qüvvələrin planlarını pozdu, onları siyasi baxımdan tərks-silah etdi.
Ulu öndər Azərbaycanın inkişafı, onun müstəqilliyinin möhkəmləndirilməsi, erməni faşizminin beynəlxalq arenada ifşçası prosesinə sadəcə ölkə vətəndaşlarını deyil, Azərbaycandan kənarda yaşayan milyonlarla soydaşımızı da cəlb etdi. Azərbaycan diaspor təşkilatlarının yaradılması, onların fəaliyyətinin əlaqələndiriməsi, xaricdəki azərbaycanlı iş adamlarının investor kimi ölkəmizə dəvət edilməsi və s. kimi həyati yeniliklər də məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin lider kimi ən mühüm keyfiyyətlərindən biri onun hədsiz uzaqgörənliyi ilə bağlıdır. Təsadüfi deyil ki, onun qoyub getdiyi siyasi kurs bu gün də günümüzün reallıqlarına cavab verməkdə, Azərbaycana bütün müstəvilərdə uğur və qələbələr gətirməkdədir. Ulu öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev məhz ümummilli liderin siyasi kursunu davam etdirərək ölkəmizi regionun lider dövlətinə çevirib. Məhz Heydər Əliyev dönəmindən başlayan ordu quruculuğu siyasəti 44 günük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Azərbaycan faşist Ermənistanı üzərindəki parlaq qələbə ilə öz ərazi bütövlüyünü təmin etdi. Bütün bunlar bir daha Heydər Əliyevin nə qədər böyük zəkaya, hədsiz uzaqgörənliyə, heyrətamiz ağla malik olduğunu göstərir.
Bu da bir həqiqətdir ki, Heydər Əliyev, onun böyük əməlləri Azərbaycan xalqının yaddaşında sonsuza qədər yaşayacaq, əsl xilaskar, əsl dövlət başçısı və qüdrətli siyasi xadim kimi ehtiram hissi ilə xatırlanacaqdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər