Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 May 12:00Olke
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ - Yüzlərlə vətəndaş işsiz qaldı...
COVİD-19 pandemiyası səbəbindən yaranmış məlum vəziyyət diğər sahələrdə olduğu kimi neft sektoruna da təsirsiz ötüşmədi. Neftin qiymətinin gözlənilmədən düşməsi və dünya satış bazarındakı azalmalar əsasən özəl şirkətləri silkələdi. Amma bu o demək deyil ki, illərdir Azərbaycanda milyonlar qazanan şirkətlər bu vəziyyətdən istifadə edib insanları işsiz qoymalıdır.
Ölkə başçısı İlham Əliyev bütün çıxışlarında bu dönəmdə insanların işdən çıxarılmasının yolverilməz olduğunu dəfələrlə bildirib, yerli və xarici şirkətlərə belə bir addım atmamağı tövsiyə edib.
Amma gələn xəbərlər heç də ürəkaçan deyil.
Uzun illərdir Azərbaycanın özəl neft sektorunda fəaliyyət göstərən ruslara məxsus "Global Energy Azerbaijan Group"a ("GEA") daxil olan “Shirvan Drilling Limited” şirkəti bağlanıb. Bu səbəbdən də şirkət 300-dən çox azərbaycanlı işçini ixtisara salıb.
Şirkətdə çalışan fəhlələrin redaksiyaya verdiyi məlumata görə, 2019-cu ildə "Karasu Operating Company", "Neftechala Operating Company" və "Shirvan Operating Company" şirkətlərinin işçiləri yeni yaradılan “Shirvan Drilling Limited” adlı şirkətə köçürülüblər.
Köhnə şirkətdən çıxdıqları üçün işçilərə kompensasiya ödənilməyib. Hətta onları məcbur ediblər ki, ərizə yazaraq öz köhnə işlərindən çıxsınlar.
Cəmi 8 ay fəaliyyət göstərdikdən sonra “Shirvan Drilling Limited” də bu günlərdə fəaliyyətini dayandırıb. Hazırda şirkət rəhbərliyi dünya bazarında neftin qiymətinin düşməsini, satış barelinin azalmasını bəhanə gətirərək işçilərin bir qismini işdən çıxarıb.
Məlumatda qeyd olunur ki, işdən çıxarılanların 286 nəfəri "Karasu Operating Company" və "Shirvan Operating Company"nin, 41 nəfəri isə "Neftechala Operating Company"nin əməkdaşlarıdır.
İşçilərin dediyinə görə, çıxarılanlar arasında pensiya yaşına çatmayan xeyli təcrübəli neftçi var. Hətta onların əksəriyyəti 20-30 illik iş stajına malikdirlər.
Bununla yanaşı “Shirvan Drilling Limited” yaranan vaxt ətraf rayonlardan heç bir təcrübəsi və iş stajı olmayan şəxslər işə götürülüb. Qəribə məqam budur ki, şirkət başqa rayondan olan işçilərin müqavilə müddətini uzatsa da, Şirvan və Neftçala rayonunda yaşayan işçiləri kənarda saxlayıb. Bu isə neftçilər arasında ciddi narazılıq yaradıb.
Başqa rayonlardan gələn insanlar Neftçala və Şirvan ərazisində neftç çıxarır, bu rayonun uzun illərlə təcrübəsi olan, ailəsini bu əməklə dolandıran neftçilər işsiz qalsın. "Bu hansı məntiqdir" sualına cavab verən yoxdur.
Məsələnin ən acınacaqlı tərəfi odur ki, əslən şirvanlı olan və bu rayondan millət vəkili seçilən İltizam Yusifov hazırda “Shirvan Operating Company” şirkətində vitse-prezidentdir. İşçilərin bildirdiyinə görə, İ.Yusifov millət vəkili olduğu halda işdən çıxarılan həmyerlilərinin hüquqlarının bərpa olunması ilə bağlı heç bir addım da atmır. Özünə yaxın olan 1-2 nəfəri işə bərpa etməklə öz vəzifəsini icra etmiş sayır.
GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış "GCM Global Energy Plc." şirkətinin filialıdır. Əvvəllər bu şirkət "Russneft"in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək "Global Energy" şirkətinə çevrilib. "Global Energy"nin sahibi isə çeçen əsilli rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir.
GEA Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət sayılır və Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur.
Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: "Absheron Operating Company", "Binagadi Oil Company", "Karasu Operating Company", "Neftechala Operating Company" və "Shirvan Operating Company".
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi