Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 May 14:07Siyaset
FAZİL MƏMMƏDOVUN BİZNESİ BATIR – "Ən çox zərbə görən "AtaBank"dır"
Sabiq vergilər naziri Fazil Məmmədova məxsus biznes strukturlarında, o cümlədən "AtaBank"da xaos yaşanır.
AzPolitika.info-a istinadən Respublikaxeber.az xəbər verir ki, sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin "AtaBank"ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunur.
Sabiq nazir Fazil Məmmədovun biznes strukturlarında ciddi problemlərin yaşandığını bildirən məlumatlı mənbə bildirib ki, "AtaHoldinq" və "Synergy Group"da maliyyə və idarəetmə böhranı hökm sürür.
"Bu şirkətlərə kimin və necə rəhbərlik etdiyi bəlli deyil. Ciddi sağlamlıq problemləri olan F.Məmmədov bu şirkətlərə faktiki nəzarət edə bilmir, bunun da nəticəsində şirkətlər iflas həddinə çatıb", - mənbə bildirir.
Elə bir müddət öncə hər ikisi keçmiş nazirə məxsus olan şirkətlər arasındakı borc probleminin məhkəməyə daşınmasına dair yayılan məlumatların da bundan xəbər verdiyi bildirilir.
"Belə ki, "AtaHoldinq"ə daxil olan "AtaSığorta şirkəti ödənilməmiş 9918 manat sığorta haqqına görə "Synergy Group"u məhkəməyə vermişdi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq, həmin vəsaitin "Synergy Group"dan tutularaq "AtaSığorta"nın xeyrinə ödənilməsi qət edilmişdi. Hər zaman iri maliyyə qurumu kimi təqdim edilən "Synergy Group"un cəmi 9918 manat sığorta haqqını ödəyə bilməməsi, buna görə də eyni şəxsə məxsus digər şirkət tərəfindən məhkəməyə verilməsi sabiq nazirin şrkətlərində idarəetmənin iflic hala düməsini, sahibsizliyin hökm sürməsini əyani göstərir", – məlumatda qeyd olunur.
Mənbənin sözlərinə görə, "AtaBank"dakı problemlər ictimailəşdikdən sonra "AtaSığorta"da da analoji proseslər getməyə başlayıb: "Belə ki, "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bir neçə gün əvvəl öz ərizəsi ilə işdən çıxıb. 15 ildən çox F.Məmmədovun şirkətlərində çalışmış M.Əliyevin məhz indiki anda işdən ayrılmasının səbəbi artıq bu şirkətlərin iflas həddində olması ilə bağlıdır".
F.Məmmədova məxsus şirkətlər içərisində ən böyük problemin isə "AtaBank"da qaldığı vurğulanır. Bankın həm nəzarət orqanlarını, həm də öz müştərilərini aldatdığı bildirilir: "Bir müddət öncə hər bir bank kimi "AtaBank"da öz illik maliyyə vəziyyətini açıqlayaraq, bankın 2018-ci ili 127 min mənfəətlə başa vurduğunu bəyan etdi. Lakin təcrübəli iqtisadcılar bu məlumatın yanlış olduğunu, əslində bankın zərərlə işlədiyini, bankın öhdəliklər içərisində itib-batdığını mediaya açıqladılar. Belə ki, 2018-ci il üzrə əvvəlki illə müqayisədə "AtaBank"ın mənfəəti 63% düşüb. Təkcə müştəri hesablarında üç ayda 7 milyon 724 min manat azalma qeydə alınıb. Bankın aktivləri də 7% azalıb.
Bankın 435 milyon 893 min manat öhdəliyi vardır ki, onun 20 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bankın mənfəət və zərər hesabatına əsasən, bankın 2019-ci ilin birinci rübündə faiz gəlirləri illik müqayisədə 19,1% azalaraq 8 milyon 627 min manat, faiz xərcləri 12% azalaraq 5 milyon 620 min manat, qeyri-faiz gəlirləri 60% azalaraq 917 min manat, qeyri-faiz xərcləri isə 8% azalaraq 5 milyon 297 min manat təşkil edib.
Bank əməliyyatda da zərər edib. Belə ki, "AtaBank"ın 2019-ci ilin birinci rübündə əməliyyat zərəri 1 milyon 373 min manat olub. Halbuki, bank 2018-ci ilin birinci rübündə 833 min manat əməliyyat mənfəəti əldə etmişdi.
Bank 2019-ci ilin birinci rübündə aktivlər üzrə ehtiyatlardan 1 milyon 500 min manat vəsaiti geri çəkdiyi üçün bu rübdə 127 min manat xalis mənfəət əldə edib. Əks halda bankın rəsmən zərərlə işlədiyi təsbit olunmalı idi.
Beləliklə də, bank üzrə mütəxəssislərin fikrincə, "AtaBank"ın təqdim etdiyi maliyyə hesabatı, onun mövcud likvidlik və dayanıqlıq vəziyyəti ilə qətiyyən uyğun gəlmir".
Məlumatda "AtaBank"ın dollarla kredit almış müştərilərinə dövlət tərəfindən ödənilmiş kompensasiyaları vermədiyi iddia edilir: "Məsələnin ən acınacaqlı tərəfi isə, bankın dollarla kredit almış müştərilərinə dövlət tərəfindən ödənilmiş kompensasiyaların onlara verilməməsidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə, Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 71,8%-nə ödəniş edilib.
Lakin "AtaBank" tərəfindən bir qrup müştəriyə xırda məbləğdə kompensasiyalar verilsə də, böyük məbləğdə olan hissənin verilməsi əsassız olaraq yubadılır. Bununla bağlı isə bank heç bir mövqe bildirmir.
Qaydalara görə, 500 manatdan çox olan kompensasiya məbləği yalnız bank kartları vasitəsilə ödənilməlidir. Ona görə də, "AtaBank" bu qəbildən olan müştərilərə kompensasiyaları ödəmək üçün bank kartlarını təqdim etmişdir. Lakin maraqlısı odur ki, bu kartlarda indiyədək heç bir vəsait yoxdur. Palatanın kompensasiyaların verilməsinin artıq bitmə üzrə olduğunu bəyan etməsi fonunda, "AtaBank" müştərilərinə içində vəsait olmayan boş bank kartlar verib. Bunu isə nə ilə izah edildiyi bəlli deyildir".
Mənbənin məlumatına görə, bankın bu davranışı xeyli sayda müştərinin haqlı narazılığına səbəb olub: "Bu müştərilər dəfələrlə banka müraciət etsələr də, müsbət cavab ala bilmirlər. Müştərilər artıq özlərinin bank tərəfindən aldadıldığını düşünürlər. Ona görə də bu qanunsuz hərəkətləri barədə media vasitəsilə nəzarət orqanlarını məlumatlandırmaq niyyətindədirlər".
Verilən məlumata həmçinin qeyd olunur ki, bank əməkdaşları da yaranmış vəziyyətdən çox narahatdırlar: "Davamlı olaraq bankdan peşəkar əməkdaşlar ayrılmaqdadırlar. Onlar ümumiyyətlə hazırki sədr Dəyanət Quliyevin bankı idarə edə bilməməsini, bunun üçün onun korporativ təcrübəsinin olmamasını, "Ata Bank"ın bu səbəbdən iflic vəziyyətə düşməsini düşünürlər. Həqiqəti əks etdirməyən maliyyə məlumatlarını yaymaqla bank fəaliyyətini davam etdirə bilməz. Bankın fəaliyyəti kəskin risklərlə xarakterizə olunur.
Əgər qısa zamanda bankın likvidliyi və korporativ idarəetməsi düzəldilməsə onun bağlanacağı şübhəsizdir. Gedişat onu göstərir ki, Fazil Məmmədov sahibi olduğu "AtaBank"ın ayaqda qalmasına heç bir dəstək göstərməyəcək".
Sonda qeyd edilir ki, "AtaBank"da vəziyyətin gündən-günə pisləşməsi Fazil Məmmədovun artıq bankın problemlərini həll etmək niyyətində olmadığından xəbər verir. Sabiq nazirin iflic vəziyyətə düşmüş bankı müştəriləri, dövlət orqanları və digər kreditorları ilə birlikdə baş-başa qoyduğu, bununla bağlı yaranacaq məsuliyyəti də idarəetmədə olanların üzərinə yönəldəcəyi bildirilir.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi