Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 May 15:30Olke / Iqtisadiyyat
Azərbaycanda bu sahədə böhran olacaq? – Qiymətləri qaldırırlar
Məlum olduğu kimi, iyunun 1-dən etibarən karantin rejiminin ölkədə ləğv olunacağı gözlənilir. Sərhədlərin açılması isə hələlik gündəmdə deyil. Sərhədlər açılsa belə, insanlarda yaranan xofla əlaqədar xaricə bu il çox üz tutulacağı gözlənilmir.
Çünki başqa ölkəyə səfər edənlər getdikləri ölkədə 14 gün karantin altında saxlanıla bilərlər, həmçinin Azərbaycana gələnlərin də karantin altına alınacaq. Bütün bunlar insanların daxili turizmə meyl edəcəklərindən xəbər verir. Lakin burada da qaranlıq qalan bir neçə məqam var.
Maraqlıdır, daxili turizmə tələbatın artması istirahət məkanlarında qiymət artımı və yer qıtlığına səbəb ola bilərmi?
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, sərhədlərin açılmasından sonra belə gediş-gəlişin az olmasını nəzərə alsaq, daxili turizmdə nəzərə çarpacaq artımın olması mümkündür. Bu fürsəti dəyərləndirə bilərlər:
“Azərbaycanın sərhədləri açıldıqdan sonra gərək digər ölkələr də sərhədlərini açsın ki, gediş-gəliş olsun. Təyyarədə olan bir nəfərdə xəstəlik olarsa, təyyarədəki hər kəs karantin altına alınacaq. Bu da ciddi problemlər yaradar. Ona görə də ola bilər ki, daxili turizmə daha çox üstünlük verilsin.
Lakin mən böyük hotellərə də marağın çox olacağını düşünmürəm. Orada da yoluxma hallarının olması ehtimalı yüksəkdir. Məhz bu səbəblə rayonda xüsusi evlərə tələbat daha çox olacaq. Bakı ətrafı bağlarda bu artıq müşahidə olunur. Bağların icarə qiymətlərində artım mövcuddur. Ola bilər ki, rayonlar da eyni proseslə qarşılaşaq. Son iki ildə regionlarda insanların öz evlərini icarəyə verməsi artıb. Əgər bu hazırlıqlar bu il də davam etsə, düşünürəm ki, yer qıtlığı olmaz. İnsanların evlərinin bir hissəsini kirayəyə verib pul qazanma imkanları daha da artacaq”.
Ekspert qeyd edib ki, hotellərdə böyük qiymət artımı olarsa, insanların buna marağı azalar:
“Hotellərin böyük həcmdə qiymət artımını ona görə düşünmürəm ki, alıcılıq qabiliyyəti aşağıdır. Karantin dönəmində insanların gəlirlərinin az olması, əllərində olan vəsaitin azalması burada müəyyən dərəcədə rol oynayacaq. Bunlar nəzərə alınmalıdır, çünki daxili turizmin inkişafında bu amil mühüm yer tutur”.
Natiq Cəfərli hotel sahiblərinin hazırda nə etməli olduqlarından da danışıb:
“Özəl evlərə tələbatın artmasının istirahət məkanlarında qiymət azalmasına səbəb olub-olmayacağını hələki bilmək olmaz. Amma ən azından qiymət artımından çəkinəcəklər. İndidən qiymət artımı haqqında düşünməkdənsə, təhlükəsizlik qaydalarına əməl edib normal şəkildə insanların hotellərdə qalmasına şərait yaratmalıdırlar.
Bəzi mətbuata açıqlamalarda da hiss olunur ki, hotellərin qiymətlərinin yüksəldilməsinə maraq var. Hotel sahibləri, turizmçilər bu aylar ərzində itirdiklərini yay aylarında qiymət artımı yolu ilə kompensasiya etməyə çalışacaqlar. Amma səhv yoldur, yenə gəlirsiz və dövriyyəsiz qala bilərlər. Bunu etməkdənsə, normal qiymətlərlə insanları qonaqlamağı düşünsünlər”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi