Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Sen 17:12Olke
Hikmət Hacıyevdən ermənilərin yenidən silahlanmasına REAKSİYA: "Növbəti tarixi səhvləri olacaq”
“Cənab Prezident İlham Əliyevin göstərişi və təlimatlarına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Prezidentimizin də söylədi kimi, Azərbaycan dövlətinin istəyi ondan ibarətdir ki, bizim məcburi köçkünlərin ən tez bir zamanda öz torpaqlarına təhlükəsiz formada qayıtması təmin edilsin”.
Respublikaxeber.az xəbər verir ki, bu açıqlamanı “HaberGlobal”a müsahibəsində Füzuli Beynəlxalq hava limanın açılışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib.
H.Hacıyev Ermənistanın yenidən silahlanmağa başlaması ilə bağlı iddiaları da cavablandırıb.
Azərbaycan Prezidentinin müşaviri bildirib ki, əgər bu hərəkətlənmə revanş məqsədi ilə edilirsə, tarixi səhv ilə başa çatacaq:
“Ermənistanın bu gün öz qonşuları ilə sülh içində yaşamasına ehtiyacı var. Biz Ermənistanın silah əldə etməsinə və digər bu kimi fəaliyyətlərinə özü-özünə bir təsəlli vermək kimi qiymətləndiririk. Əgər Ermənistanda kimlərsə revanş barədə düşünəcəksə, bu, onların növbəti tarixi səhvi olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və bundan sonra da öz sərhədlərini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”.
H.Hacıyev öz müsahibəsində Zəngəzur dəhlizi barədə də danışıb və bildirib ki, Ermənistan bütün məsələlərdə olduğu kimi bu məsələnin həllinə də məntiqsiz yanaşır.
“Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmanın tərkib hissəsidir. Bu xüsusda Ermənistanın öhdəlikləri var. Təəssüflər olsun ki, biz Ermənistanda bu mövzu ilə əlaqədar rasional deyil, əksinə qeyri-rasional və məntiqsiz fikirlərin səsləndirildiyinin şahidi oluruq”, – deyə H.Hacıyev vurğulayıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi