Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 May 16:20Olke
Bu tələbələr diplom ala bilməyəcək - Ekspert Baş nazirin qərarından danışdı
Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Bununla bağlı məlumat Baş nazir Əli Əsədovun imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarda öz əksini tapıb.
Qərar ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərar ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan, əvvəlki illərdə təhsilini başa vurmuş akademik borcu olan şəxslər də daxil olmaqla hazırda təhsilini davam etdirən istənilən təhsil alana aiddir:
“Eyni zamanda orta ixtisas təhsili müəssisələrində təhsil alan şəxslərin buraxılış işləri saxlanmaq şərtilə dövlət imtahanları ləğv olunur. Əgər hansısa ali təhsil müəssisəsi tələbələrə buraxılış işlərinin yazılmasını tələb olaraq qoyubsa, o şəxslər buraxılış işi yazaraq universitetlərə təqdim edəcəklər. Ancaq yekun attestasiya olmayacaq”.
Təhsil eksperti qeyd edib ki, akademik borcu olan sonuncu kursda təhsil alan tələbələr heç bir limit sayı qoyulmadan istədikləri qədər fəndən kəsr imtahanları verə biləcəklər:
“Tələbələrə hər semestrdə yalnız kəsildikləri iki fəndən imtahan verməyə ixtiyar verilirdi. Digər vacib yenilik isə kəsr imtahanlarının verilməsi üçün heç bir məhdudiyyətin qoyulmayacağıdır. Son kursda təhsil alan tələbənin əgər 5-6 fəndən akademik borcu varsa, həmin fənlərdən imtahan verərək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi müsbət olduğu halda onlar da dövlət imtahanından azad olunaraq birbaşa diplom almaq hüququna malik olacaqlar. Yeniliyin ən müsbət tərəfi də məhz budur. Əvvəl tələbənin 3-4 fəndən akademik borcu olduğu halda onlar dövlət imtahanına buraxılmırdı. Amma indi onlara icazə veriləcək ki, sentyabr ayına qədər həmin kəsrləri alt dərslərdə oturmadan birbaşa olaraq imtahan verərək bu hüquqdan yararlansınlar”.
Kamran Əsədov əlavə edib ki, diplom almaq hüququna malik olmaq üçün həmin tələbələr iştirak etdikləri kəsr imtahanlarından müsbət nəticə əldə etməlidirlər. Əks halda, onlar bu il diplom ala bilməyəcəklər:
“Eyni zamandan həmin tələbələrdən buraxılış işləri tələb olunmadığı halda onlar kəsr imtahanı verərək diplom əldə edə bilərlər. Həmçinin akademik borcu olan tələbələr kəsr imtahanlarını heç bir ödəniş olmadan imtahan verərək diplom ola bilərlər. Yay sessiyası imtahanlarının onlayn və ya ənənəvi olması ilə bağlı universitetlərin Elmi Şuraları tərəfindın tam qərar veriləcək. Ola bilər ki, sərbəst işlər, diplom işləri və yaxud imtahanların keçirilməsi ilə bağlı universitetlər fərqli qaydalar tətbiq etsin. Çünki əvvəllər bu qaydaları Təhsil Nazirliyi və ya Nazirlər Kabineti müəyyənləşdirirdi. İndi isə bu səlahiyyət universitetlərə verilib. Ali təhsil müəssisələri tələbənin bilik və bacarığını qiymətləndirmək üçün optimal variant kimi nəyi təklif etsələr, o da həyata keçiriləcək. Bu gün tələbələrin müqəddəratını müəyyən etmək universitetlərin ixtiyarındadır”.
Ekspert vurğulayıb ki, ali təhsilin magistratura pilləsində imtahanların keçirilməsi, buraxılış işlərinin yazılması və müdafiəsi ilə bağlı hər hansı ciddi dəyişiklik yoxdur: “Magistrlar əvvəllər də dövlət imtahanı vermirdi və sadəcə buraxılış işi yazırdılar. Heç bir dəyişiklik olmadan son kursda təhsil alan magistrlar buraxılış işi yazaraq və müdafiə edərək diplom əldə etmək hüququna malik olacaqlar”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi