Sorğu
Оцените работу движка

07 May 09:20Olke

Avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı

Avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bildirilib ki, artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.

Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.

“Həmçinin bildiririk ki, sərnişindaşımalara cəlb edilən 553 avtobusda istehsalçı tərəfindən müvafiq standartlara uyğun sürücü kabinləri mövcuddur. Bunlar əsasən “BakuBus” və “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslardır.

Avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdıma işləri yekunlaşıb.

Koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn işlərin icrası çərçivəsində maska taxılmasını, sosial məsafə saxlanılmasının və piyada gəzməyi təşviq edən maarifləndirici materiallar da hazırlanır. Həmin materiallar əsasən avtobuslarda, dayanacaq pavilyonlarında, nəqliyyat mübadilə mərkəzlərində yerləşdiriləcək”, - məlumatda qeyd edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi