Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 May 12:10Medeniyyet
Qanuna riayət edən sürücü-FOTO-VİDEO
Respublikaxeber.az xəbər verir ki Əməkdaşımız 2019-cu ilin may ayında Bakı şəhərində fəaliyyət göstərən “ XALİQ FAİQOĞLU” MMC-yə məxsus, Binəqədi rayonu, 9-cu Mikrorayon ərazisindən Sahil Metro-stansiyası arası sərnişin daşıyan 61 saylı avtobusda sürücünün sərnişinlərlə davranış qaydalarına riayət etməsini müşahidə etmişdir. Özü də sərnişin qismində əyləşərək müşahidəsinə davam etmişdir. Nəsimi rayon, 3-cü Mikrorayon dairəsindən üzü 20 yanvar metro-stansiyası istiqamətinə qalxarkən sərnişinlərdən biri yolun hərəkət hissəsində avtomobillərin sıxlığını görərək, sürücüdən qanunvericiliklə nəzərdə tutulmayan yerdə avtobusu dayandırmasını və ona düşməsi üçün şərait yaratmasını tələb edib. Sürücü isə ona həmin yerdə saxlamağa ixtiyarı olmadığını və əks təqdirdə saxlayarsa, onun barəsində rəhbərlik tərəfindən cərimə olunacağını və töhmət veriləcəyini bildirib. Sürücü nə qədər sərnişinə qanuni şəkildə ona tapşırılmış vəzifələri izah etmək istəsə də sərnişin anlamır ki, anlamır. Həmin vaxt avtobusda əyləşən sərnişinlərdən bəziləri sürücünün haklı olduğunu bildirsələr də, bəziləri isə müxtəlif bəhanələr gətirərək sürücünü günahkar çıxartmaq istədilər. Əməkdaşımız gedən prosesi izləmiş, və əlindəki mobil telefonu ilə də videoqeyd aparmışdır. Videoqeyddən də məlum olur ki, Sürücü haklıdır. Amma kimin hakl olub, kimin haksız olduğunu öyrənməyimiz üçün bir daha bununla bağlı həmin sözügedən 61 saylı avtobusların dəstə rəhbəri Quliyev İlyas Novruz oğlunun yanına gedərək ondan məsələyə aydınlıq gətirməsini xahiş etdik. İlyas müəllim mövqeyində bildirdi ki, hər gün səhər tezdən sürücülərə qanuna və qanunçuluğa hörmət etməklə, ilk öncə sərnişinlərlə davranış qaydalarına riayət etmələrini, onlarla nəzakətli şəkildə davranmalarını, bundan əlavə də avtobusu idarə edərkən sükan arxasında mobil telefonla danışmamalarını, siqaret çəkməmələrini, yol hərəkəti qaydalarını pozmamalarını, geyim formalarını təmiz saxlamalarını, və eləcə də avtobusu dayanacaqdan kənarda saxlamamalarını, sərinləşdiriciləri də təyin olunmuş vaxtdan etibarən işə salmalarını nəzərlərinə çatdırmaqla xəbərdar edib xəttə buraxırıq.
Qanunu pozmayaq, ona görə ki, qanunu pozsaq, qanun qarşısında utanmış olarıq. Nə pozmayaq, nə də utanmayaq!
Allah utandırmasın. Bir daha fürsətdən istifadə edərək əvvəlcə “XALİQ FAİQOĞLU MMC-nin rəhbərinə təşəkkürümüzü bildiririk ki, İlyas müəllim kimi nümunəvi, qanuna hörmət edən, İlyas müəllim kimi insanı 61 saylı avtobusa dəstə rəhbəri vəzifəsinə layiq görüb, İlyas müəllimə də təşəkkür edirik ki, həqiqətən sürücülərlə bu cür rəftar edir və onlara da özü kimi qanuna hörmət etmələrini tövsiyə edir. Həqiqətən bu gün “XALİQ FAİQOĞLU MMC- yə məxsus sərnişin daşıma ilə məşğul olan avtobuslarının fəaliyyətini öndə görürəm. Bir daha təşəkkür edirik.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər