Yeni XəbərLər
				
				
					
	“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
	31.12
	"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
	19.10
	Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
	20.09
	Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
	20.09
	FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
	14.09
	BAKIDA BU YOLLARDA SIXLIQ VAR
	12.09
				
			
					Arxiv
				
				
			
					Sorğu
				
				Оцените работу движка
		15 Okt 17:19news
	
	Bakıda hakim komitə sədrinin üzünə tüpürdü - QALMAQAL
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxliklə futzal hakimi Ramiz Məhərrəmov arasında dava olub.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki,hadisə hakimlərdən test götürülərkən baş verib.
Komitə sədrinin Məhərrəmova yüksək tonla irad bildirməsi onun xoşuna gəlməyib və beləliklə tərəflər arasında gərginlik yaşanıb. Bu zaman hətta hakimin avstriyalının üzünə tüpürdüyü bildirilir.
Xəbəri dəqiqləşdirmək üçün böyük futbolda və futzal çempionatlarında idarəçilik etmiş Ramiz Məhərrəmovla əlaqə saxladıq. Təcrübəli hakim Fanat.Az-a açıqlamasında məlumatı təsdiqlədi:
“Düz eşitmisiz, aramızda gərginlik yaşandı. Hadisə iki gün əvvəl oldu. Qaçış normativi zamanı az qaçdım. Amma hələ mənim ikinci şansım vardı, ikinci testdə onu yerinə yetirə bilərdim. Acığımdan dedim qaçmıram. Mənimlə yüksək tonla danışmağa başladı. İkiqat cavabını verdim. Xətdə məndən sonrakına, məndən az qaçana sarı vərəqə göstərilməli olduğu halda, mənə xəbərdarlıq etdi. Yanaşma hamıya eyni deyil. İkili münasibət var. Stuxlik gələn gündən mənimlə prinsip aparır. Böyük futbolda premyer liqada hardasa, 130 oyuna ehtiyat hakim getmişəm. Fariz Yusifovun, Vüsal Əliyevin, Əliyar Ağayevin köməkçisi olmuşam. Stuxlik təzə gələndə oyunuma baxmışdı, bəyənmişdi. İmtahanları da vermişdim. Dörd turdan sonra mənə dedi ki “sən 19 yaşlılara kimi oyun idarə edə bilərsən”. Səbəbini soruşdum. Deyir “sənin 37 yaşın var”. Dedim “məni ərə verirsən? Mənim işimə bax da, yaşımı neynirsən? Hələ 9 il də hakimlik edə bilərəm”.
Böyük futbolda onun əlindən baş götürüb getdim futzala. Orda da mənimlə prinsip aparırdı. Bazardan gələn çempionatda dörd oyun idarə edib, mən birini. Bütün ixtiyar onun əlindədir, kimdən xoşu gəlmirsə, “qələmini qırır”. Sonuncu qurbanı Rəhim Həsənov idi.
Özünə dedim ki “sən düz etmirsən. Bu qədər hakimin gözü qarşısında mənə haqsızlıq edirsən”. Söz yox ki, bizim hakimlər səsini çıxaran deyil. Bizdə birlik yoxdur. 20 ildi hakimlikdəyəm, birlik görməmişəm. Ona görə də gələn-gedən təcrübəli hakimləri bir-bir aradan götürür.
Bundan sonra necə olacaq? Stuxlikə kimsə nəsə deyəndə onu hakimlikdən uzaqlaşdırır, o ki qalıb mənə – aramızda o cür mübahisə yaşandı. Yəqin ki, hər şey bitdi. Departament rəhbəri Cavid Cəlilov da orda idi. Onun vasitəsilə Stuxlikə çatdırdım ki, Allah deyilsən. Ondan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova da şikayət edəcəyəm.
Bizdən elə normativlər tələb edir ki… 2 il pandemiya olub, nə zal, nə məşq görmüşük. Elə bilir bura Avstriyadır. Onun tələb etdiyi kimi, gündə iki məşq etmək üçün kartof-soğan yeməməlisən, normal vitaminizasiya olmalıdır. Gündə 600-700 qram meyvə yeməyə hamının imkanı yoxdur. Dirəşib ki, mən nə deyirəm, o da olmalıdır. Realıq da var axı. Bundan əvvəl başımızın üstündə Elçin Məmmədov var idi. Onun da “torbasını tikdilər”, getdi. Özümüzünkülər “tikdi”. Nə isə, sözüm onda deyil, Stuxlik təzə gələndə, elə birinci gün bizimlə ingiliscə danışırdı. Elçin ona dedi ki, biz Azərbaycanda yaşayırıq. Tərcüməçi olmasa, çətinlik yaranacaq. Cavabı nə olsa yaxşıdır? “Mən Azərbaycan dilində danışan deyiləm, siz ingiliscə öyrənin”. And olsun rəbbimizə, olanı deyirəm. Nə istəyir, onu da edir. Onun dediyi odur ki, nə deyirəmsə, ikinci söz olmamalıdır. Axı sən camaatın haqqını yeyirsən, necə cavab verməyim?”
Yorum ekle
		
						Xəbərlər
						
						
							“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
						
					
							Istifadəçi Girişi
						
						
					
							Populyar Xəbərlər
						
						

	
	
	
	