Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 Yan 11:29news
Təhsil sisteminin `TEXNİKİ VİLAYƏTİ`: Burda özbaşınalıqdır... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
"Azərbaycan Texniki Universitetində (AzTU) gələn hər yeni gün bizə yeni-yeni sürprizlər bəxş edir və necə deyərlər, “darıxmağa qoymur”. Həmin sürpriz isə ondan asılı olur ki, rektorumuz bu gecə necə yatıb və yuxusunda nə görüb, allah eləməsin, yuxusunu qarışdırmayıb ki. Ancaq, deyəsən, bu günlərdə o yenə yuxusunu qarışdırıb və universitetə yeni sürprizlə gəlib. Həmin sürpriz haqqında sonra danışarıq, indi isə keçən yazıda yazdığımız bir məlumata aid əlavə edək". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetində (AzTU) çalışan bir qrup müəllimin ünvanladığı növbəti məqalədə qeyd olunur.
Əvvəli Burada:
Texniki Universitetin REKTOR PROBLEMİ... - Müdaxilə edən olacaqmı?
Müəllimlər daha sonra yazır: "Məsələnin digər aspekti isə onun insani tərəfi ilə əlaqədardır. Yəni insan olaraq, hamı başa düşür ki, bu tapşırıqlar magistrantlara bir il yarım əvvəl verilibsə, yəqin ki, onlar bu mövzular üzərində xeyli işləyiblər, zəhmət çəkiblər və yekunlaşdırmaq üzrədirlər. İndi bütün bunların üzərindən xətt çəkib, onlara yeni mövzu vermək, hər şeyi yenidən və sıfırdan başlamaq və iki ildə yerinə yetirilməli işləri, həm də tədqiqat xarakterli işləri 4 ayda tələb etmək hansı insanlıq qaydalarına sığar? Həm də bunu kollektiv, 5 nəfərlik qrup şəklində və pandemiya məhdudiyyətləri şəraitində etmək? BU, HANSI İNSANLIQ QANUNLARINA SIĞAR? Bu sərsəm ideya deyilsə, bəs nədir? Bəlkə, kimsə fikirləşir ki, biz problemləri həddən artıq şişirdirik, birinin üstünə beşini qoyuruq? Kim inanmırsa, getsin Texniki Universitetin ixtisas kafedralarına, bu məsələnin doğru olub, olmamasını soruşsun? Elə təkcə bu “təklif” sərsəmlik əlaməti deyilmi? Elə təkcə bu, həm hüquqi sənədlərə zidd və həm də insanlıq normalarına zidd qərar deyilmi? Bəli, təklif yox, qərar, çünki söz onun ağzında çıxıbsa, onu qərar hesab etmək lazımdır. Və universitetdə heç kim V.Vəliyevin “təklifinin” qarşısında başqa bir təklif, başqa bir söz və ya sual vermir, öz fikrini bildirmir. Ona görə ki, deyirlər, bu mənasızdır, xeyri yoxdur, o, tutduğunu buraxmayacaq və son söz sahibi də odur.
Magistrantların əvvəlki dissertasiya mövzularını ləğv etmək, iki ildə yerinə yetirilməli işləri 4 ayda tələb etmək Vilayət Vəliyevin bu dissertasiyalara münasibətinin başqa bir tərəfini də aşkara çıxarır. Deməli, buradan belə çıxır ki, və əvvəlcədən də qəbul edir ki, bu işlər səviyyəsiz, məzmunsuz, yalandan yazılmış, ordan-burdan köçürülmə olacaq. Çünki qalan 4 ayda sıfırdan başlayaraq, tələbata cavab verən, səviyyəli dissertasiya, həm də son zamanlar deyildiyi kimi “beşi birində dissertasiya” hazırlamaq müşkül məsələdir. Deməli o, həmişə boğazdan yuxarı olaraq “tədqiqat-tədqiqat” desə də, elə özü belə qərarları ilə saxtakarlığa və səviyyəsiz işlərə yol açır. Ancaq, V.Vəliyevin bu məsələdən məqsədinin nə olması məlum deyil. Olmazdımı ki, bu dissertasiyalar təsdiq edilmiş mövzular üzrə normal qaydada yerinə yetiriləydi? Buna nə mane olurdu? Onun belə qərarlarını başa düşmək normal insan məntiqindən kənardadır. Bəlkə biz başa düşmürük, V.Vəliyev izah etsin, əsaslandırsın. Onu da etmir. İnsafən deyək ki, bunları izah etməsini ondan tələb edən də yoxdur. Yaxşı, bəlkə bizim səviyyəmiz onu başa düşməyə kifayət etmir, bəs normativ sənədlər necə? Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin bu haqda olan normativ sənədlərini və təlimatları da V.Vəliyevdən aşağı səviyyəli adamlar tərtib edib?
Bu günlərdə daha yeni bir sürprizlə qarşılaşdıq. Aydın oldu ki, rektor V.Vəliyevin “təklifi” ilə magistratura üçün ümumiyyətlə tamamilə yeni tədris planlarına keçməliyik və Dövlət İqtisad Universitetinin nümunəsində (???). Mahiyyəti isə bundan ibarətdir ki, əgər əvvəlki tədris planları üzrə magistrantlar 2 tədris ili ərzində 3 semestr ərzində dərs keçib, imtahan verirdilərsə, indi 2 tədris ili ərzində cəmi 2 semestr dərs keçəcəklər, həm də hər semestrdə 3-4 fənn keçməklə. Bəs 2-ci tədris ili magistrantlar nə ilə məşğul olacaqlar? Ancaq təcrübə və dissertasiya üzərində işləyəcəklər, dissertasiya da əlbəttə ki, 5 nəfər bir ümumu dissertasiya üzərində işləməklə (???). Rektor V.Vəliyevin bu işlərdən, o cümlədən Texniki Universitetdə tədrisi “iqtisadlaşdırmaqdan” məqsədi nədir? Əlbəttə ki, keçən yazılarımızda yazdığımız kim, tələbələrin təhsil haqqını universitetə almaq və universitet büdcəsinin gəlirini artırmaq, dərsləri azaltmaqla, büdcəni idarəetmə strukturunun əmək haqqına sırf etmək və əvəzində magistrantların 2 il başlarını qataraq, onlara dərs keçməmək. Daha bunun nəyi təhsil oldu, bu nə magistratura oldu?
Bundan əlavə bir problemi də qeyd edək. İnsafən deyək ki, bu təkcə Texniki Universitetin və V.Vəliyevin yaratdığı problem deyil, bizdəki bir çox universitetlərə xasdır. Məsələ bundadır ki, ölkəmizdəki bir çox universitetlərdə magistraturada təhsil faktiki olaraq, axşam təhsilinə çevrilib. Magistraturaya daha çox tələbə cəlb etmək məqsədi ilə bir çox universitetlərdə dərslər axşam saat 18-30 da və ya 19-da başlayır ki, tələbələr gündüz işləyə bilsinlər. Yoxsa, magistraturaya daxil olmaq istəyənlərin sayı azalır. Ancaq, magistraturada təhsil əyani təhsil hesab edilir və tələbənin təhsillə eyni zamanda işləməsi əmək qanunvericiliyinə də ziddir. Gündüz işləyən tələbə axşam saat 19-da dərsə gələcəksə, bəs o, dissertasiya üzərində nə vaxt
işləyəcək, tədqiqatla nə vaxt məşğul olacaq və necə? Axşam vaxtı universitetlərdə bütün kafedralar, laboratoriyalar praktiki olaraq bağlı olur, yalnız magistraturaya dərsi olan müəllimlər gəlirlər. Bu da böyük problemdir və hamı buna göz yumur.
Bu qədər yazırıq, deyirik, nöqsanları o qədər xırdalayırıq, o qədər açırıq ki, bütün deyilənlər yəqin ki, təhsil sistemindən çox uzaq şəxslərə də aydın olur, yalnız Təhsil Nazirliyindən başqa. Bilinmir ki, bizdə Təhsil Nazirliyi varmı, ya yoxmu? Əlbəttə ki, Təhsil Nazirliyi adında bina var, ancaq, deyəsən, içi boşdur. Bəzi təhsil mütəxəssislərinin mətbuatda çıxışlarında da qeyd edildiyi kimi, Təhsil Nazirliyində təhsili bilən, real təhsil mütəxəssisi yoxdur, elə nazirin özü də daxil olmaqla.
Otaqlarda qalstuklu, qara kostyumlu cavan oğlanlar oturublar, aralarında bir neçəsi də hətta xaricdə təhsil alıb. Ancaq heç birinin təhsil sistemindən xəbəri yoxdur, auditoriyaya girib, bir saat mühazirə deməyiblər. Çoxu himayədarı olan adamlardır, oturub burada gözləyirlər ki, onları vaxtı çatanda bir yüksək vəzifəyə təyin edəcəklər.
Təhsil Nazirinin özünün isə heç bir elmi dərəcəsi yoxdur, o, elmlər doktoru dərəcəsi olan rektorlara nə deyəcək? Ancaq nazir heç olmasa magistraturanı bitirib ki, magistraturanın qayda-qanununu ki, bilir, heç olmasa magistratura təhsilinə bir əncam çəksin.
Dərdlər, problemlər böyükdür, ancaq heç kimdən bu problemləri həll etmək arzusu görünmür, hərə öz şəxsi maraqlarını təmin etməklə məşğuldur. Bu problemlərin çoxu təkcə AzTU-ya aid deyil, ölkəmizin bütün təhsil sisteminə aiddir. Bunların mənfi nəticəsini isə çox təəssüf ki, biz 5-10 ildən sonra görəcəyik.
Bir də V.Vəliyevin himayədarına müraciət etmək istəyirik. Olmazdımı ki, V.Vəliyevə başqa bir obyekt, məsələn, stadiondan-zaddan verəydiniz ki, onun ətrafında kababxanadan-zaddan açaydı?
Nə isə, mahnıda deyildiyi kimi, “Hər şeyi demişik, daha nə qalır?”. Hə, bir də o qalır ki, Allahdan Vilayət Vəliyevə sakit və sağlam yuxu diləyirik ki, yuxusu şirin olsun, yuxusunu qarışdırmasın ki, yuxuda gördüklərini gəlib bizə tətbiq etməsin. Görünür, bu, bizim şəraitdə ən real, həyata keçə bilən arzudur. Daha, müvafiq təşkilatların və ya vəzifəli şəxslərin diqqətinə nəyi isə çatdırmaq, xahiş, ya tələb etmək mənasızdır. Axırda işi o yerə çatdıracaqlar ki, AzTU tamam çökəcək, sonra isə əlaqədar təşkilatlar və şəxslər deyəcəklər ki, bu universiteti dağıtmaq, ləğv etmək lazımdır və dağıdacaqlar. Bəlkə, elə kiməsə məhz bu lazımdır?"
İddia olunanlarla bağlı RESPUBLİKAXEBER.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB