Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
28 Dek 10:34news
Yanvarın 1-dən bu avtobusların fəaliyyətinə icazə verilməyəcək?
Gələn il yanvarın 1-dən Bakıda dizellə işləyən avtobuslara icazə verilməyəcək. Bu barədə Nazirlər Kabinetinin 3 il əvvəl 73 saylı qərarı var. Qərarda deyilir ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobuslar mütləq qaydada elektrik və sıxılmış qazla işləməlidir. Ekspertlər hesab edirlər ki, hazırki vəziyyətdə bu mümkün deyil.
RESPUBLİKAXEBER.az xəbər verir ki, bir neçə gündən sonra paytaxda ictimai nəqliyyatda yalnız sıxılmış qaz və elektriklə işləyən avtobusların istismara veriləcəyi ilə bağlı tələb qüvvəyə minəcək. Bununla bağlı sabiq baş nazir Novruz Məmmədov 2019-cu ilin 4 mart tarixində qərar qəbul edib.
Ekspertlər hesab edirlər ki, Bakı şəhərinin qeyd edilən növdən olan avtobuslarla tam təmin edilməsi üçün bir neçə milyard dollar investisiyaya ehtiyac var.
Ekspert Elməddin Muradlı “Xəzər Xəbər”ə deyib ki, hər iki kateqoriyadan olan avtobusların yanacaqla təminatı üçün hazırda paytaxda lazımi infrastruktur mövcud deyil.
Ekspertin sözlərinə görə, əgər bu qərarın icrası həyata keçirilsə, Bakı Bus avtobuslarının xidmət göstərə biləcəyi, yerdə qalan 2 minədək digər avtobusların isə tələblərə cavab verməcəyi görünür. Ekspert hesab edir ki, bu qərarın qüvvəyə minmə tarixi mütləq uzadılmalıdır.
Ekspert onu da bildirib ki, yanacaq növünə görə avtobusların fəaliyyətinə məhdudiyyət qoyulmamalıdır. Avtobuslara standart növünə görə məhdudiyyət qoyula bilər. Burda da daşıyıcılar qarşısında tələblər qoyulmalıdır ki, ictimai nəqliyyatda yalnız avro-6 standartından aşağı avtobuslar ölkəyə buraxılmayacaq. Bu qərar 3 il əvvəl verilibsə paytaxtda bu növ avtobusların yanacaqdoldurma məntəqələri indiyə qədər niyə qurulmayıb?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, köhnə avtobuslar, sıxlımış qaz və elektriklə işləyənlər gətirilənə qədər xətlərdən çıxarılmayacaq.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi