Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 Avq 10:19news
TOVUZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI "MƏMMƏD MƏMMƏDOVUN AİLƏSİ 116 MİN MANATLIQ İT ALIB". MƏMMƏD MƏMMƏDOV KİMDİR?
Bir-birinin ardınca Məmməd (Mammed) Məmmədov barədə onlarla sərlövhəli yazılar hazırladıq. Məmmədin Su Təsərrüfatı və Meliorasia ASC-də rəhbər vəzifə tutan əmisi Cahan Məmmədovun Məmməd Məmmədova və onun oğlu Rəhman Məmmədova dövlət əmlakını mənimsəmək,xalqı istismar etmək ,fermer və pay torpaq sahiblərinə verilən subssidiyaları oğurlamaqda kömək etməsindən ətraflı danışmışdıq.Tovuz rayon İcra Hakimiyyəti başçısı "zəhər-kübrə" Mammed ləqəbli Məmməd Məmmədovda zəng calaraq və ismarıc göndərərək bundan belə dövlətin malında gözü olmayacagını və oğlu Rəhmanı qanunsuz işlərdən cəkindirəcəyinə söz verməklə onun barəsində tənqidi yazıları saxlamağımıza söz vermişdir. Görünür alkoqol spirtli içgiyə,narkoman narkotikə, oğru oğurluğa öyrəndiyi kimi bu dövlət malına qənim kəsilən,məzlum və zəvalı insanların haqlarını oğurlayan, fermerlərin maddi məhsullar bolluğu yaratması üçün dövlətin ayırdığı subssidiyanı (pul və natura formasında) özününkiləşdirən Məmmədovlar sülaləsi o dərəcədə özbaşnalığa yol açıblar ki indi də 116-min manat əvəzində dövətin fermerlər üçün ayırdığı kübrəni 2-baş xüsusi cins itlə dəyişdirməklə, "İt" sahibi olmuşlar.Rəhman qumar oyunlarında,sərxoşluqda və eyş-işrət məclisləri təşkil etməsinə görə heçdə sabiq Nəqiliyyat naziri Ziya Məmmədovun oğlundan geri qalmamasını Tovuzlular bizə söyləmişdir.Lakin Rəhmanın Ziya Məmmədovun oğlu ayı eşqinə düşüb kəsdirməsi kimi 116-min manatlıq İt sevdası ilə dövlət və xalq əmlakının hesabına İtə sahiblənməsi artıq harınlamağın ən yüksək kulminasiyasıdır.
Respublikaxeber.az Xeberfakt.az-a istinadən xəbər verir ki, Rəhmanın atası Tovuz rayon İcra Hakimiyyəti başçısı "zəhər-kübrə" Mammed ləqəbli, Məmməd Məmmədova bu ləqəbi zəhər və kübrə hesabına milyonçu,hal hazırda isə milyardçı olmasına görə və eyni zamanda ogurladığı aqro-kimyəvi məhsullara görə, xalq tərəfindən verilmişdir.indi çox maraqlıdır bəs Rəhmana hansı ləqəbi verəcək Tovuzlular ? (Bu növbəti məqalənin mövzusudur)
Sabiq Nəqiliyyat naziri Ziya Məmmədovun oğlu ayı kəsdirməsindən sonra ölkə rəhbəri və hüquq mühafizə orqanları nazir oğlunu və onun cinayətkar ətrafını cavabsız qoymadı.Bəs görəsən Ziya Məmmədovdan cinayətkar əməllərinə görə heçdə geri qalmayan Cahan "Mammed" Məmməd və Rəhman Məmmədovlar Dövlətin fermerlər ücün ayırdığı subssidiya əvəz kübrəni təyinatı pozmaqla özü üçün "İtlə" dəyişdirməsinə görə cəzalandıracaqmı ?
Yeni oxucuların nəzərinə çatdırmaq istəyirəm ki Rəhman Məmmədov, Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd "Mammed" Məmmədovun oğludur
Aqrokimya MMC-nin direktorudur.Bu vəzifə ona atasından miras qalmışdır, belə ki Məmməd Tovuz RİH-nə başçı təyin olunana qədər həmin MMC-nin direktoru olmuş və rayonlar arası saxtakarlıq və kənd təsərrüfatı sahəsində qara işlərdə imzası olmuşdur.Tovuz rayonundan aldığımız məlumatda deyilir ki, ata -bala Məmmədovların qanunsuz yolla əldə etdikləri 2-ədəd "itə görə" itin keçmiş sahibinə 5000-kisə azot adlanan kübrə vermişlər.
Qeyd : Tovuz rayon İcra Hakimiyyəti başçısının köməkçisi Elşən adlı şəxs Məmmed Məmmədov üçün inanılan şəxs olduğundan itlərin yemlənməsi işində də nəzarəti öz üzərinə götürməsi bildirilir.
Yazı hazırlayarkən Tovuz rayonundan məlumat aldıq ki, bahalı itləri Məmmədovlara satan Astara rayon Kakalos kənd sakini Yasir Tağıyevdir.
DAHA ƏTRAFLI NÖVBƏTİ YAZILARDA.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi