Sorğu
Оцените работу движка

23 May 12:06Medeniyyet

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar...

Mayın 24-də doğum gününü qeyd edəcəyimiz, Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Fuad Poladovun heç yerdə nümayiş olunmayan nadir fotoları üzə çıxıb.

open.az-a istinadən Respublikaxeber.az xəbər verir ki, nadir fotoları 'məkdar artist, Akademik Rus Dram Teatrının aktyoru Fuad Osmanov gənc həmkarı, aktyor Murad İsmayıla təqdim edib.

Murad İsmayılın təqdim etdiyi fotolar 14 il əvvəl çəkilib.

Nadir fotolarda iki Fuadları yanaşı görürük. Fotolar Fuad Poladov və Fuad Osmanovun çəkildikləri "Russkiy perevod" adlı filmdəndir.

Qeyd edək ki, 2005-ci ildə "NTV-Kino" şirkətinin ekranlaşdırdığı filmdə rus aktyorları ilə yanaşı, Azərbaycanın tanınmış aktyorları çəkilib.

Filmi "NTV-Kino" şirkətinin o zamankı baş direktoru Aleksandr Çernyayev ekranlaşdırıb.

"Russkiy perevod" filmi Andrey Konstaninovun "Jurnalist" romanının motivləri əsasında çəkilib. Filmin ssenari müəllifi Eduard Volodarski, quruluşçu operatoru Dayan Qaytkulov, quruluşçu rəssamı Sergey Qudilin, bəstəkarı İqor Kornelyukdur.

2005-ci ildə ekranlaşdırılan 8 seriyalı bədii filmdə xalq artisti Fuad Poladov və əməkdar artist Fuad Osmanovla yanaşı, xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Firdovsi Atakişiyev, Elşən Rüstəmov, Nicat Kazımov, Rasim Cəfər, İlham Əsədov və başqaları rol alıblar.

Ekran işində çəkilən Xalq artisti Pərviz Məmmədrzayev 14 il əvvəl ekranlaşdırılan "Russkiy perevod" filmi barəsində düşüncələrini bizimlə bölüşüb.

Pərviz Məmmədrzayev filmin əsas çəkilişlərinin Tunisdə aparıldığını bildirib: "Ekran əsəri həqiqətən 2005-ci ildə çəkilib. Filmin bir hissəsi Bakıda, əsas səhnələri isə Tunisdə lentə alınıb. Görkəmli sənətkarımız Fuad Poladovun iştirakı ilə çəkilən səhnələr Bakıda lentə alınıb. Mənim iştirakımla olan səhnələr isə Tunisdə çəkilib. Filmdə Azərbaycandan bir çox aktyorlar rol alıb. Film, Yəmən müharibəsindən bəhs edir. Süjet xətti belədir ki, Sovet ordusu Yəməndəki inqilaba kömək edir. Fuad Poladov çoxseriyalı filmdə Yəmən ordusunun komandanı obrazını canlandırıb. Mən isə onun müavini obrazında çıxış etmişəm. Filmdə Fuad Poladovu xəyanət nəticəsində öldürürlər. Ondan sonra həmin vəzifəni mən icra edirəm. Filmin rejissoru Aleksandr Çernyayev çəkilişlər zamanı deyirdi ki: "Sizin aktyorlarınız bizim bir çox aktyorlarımıza master klass (ustad dərsi) keçə bilər. Bu sözləri deyəndə rejissor ilk növbədə Fuad Poladovu nəzərdə tuturdu. Sözlərimi Fuad Osmanov da təsdiqləyər ki, rejissorun dediyi hər səhnə bir və ya iki dubldan sonra çəkilib. Fuad Poladov həmin filmdə yüksək peşəkarlığını bir daha nümayiş etdirmişdi".

"Russkiy perevod" filminin rejissoru Aleksandr Çernyayev o illərdə verdiyi müsahibələrin birində bu fikirləri söyləyib: "Rejissor debütüm sayılan "Russkiy perevod" filminin bəzi səhnələrinin çəkilişi üçün Azərbaycanı seçməyimin bir neçə səbəbi var idi. Filmdə əsas hadisələrin Yəməndə, qismən də Livanda baş verdiyi əks olunub. Çəkilişlər Pirəküşkül poliqonunda aparılıb və buranın landşaftı hadisələrin baş verdiyi yerə ideal dərəcədə uyğun gəlirdi. İkincisi, film Yəmən Respublikasında vətəndaş müharibəsi dövründə baş verən hadisələrdən bəhs edir və çəkilişlər üçün çoxlu sayda hərbi texnika və xüsusi obyektlər tələb olunurdu. Azərbaycanda bütün bunları bizim üçün təşkil edə bilərdilər. Ən əsası isə seçimimizdə əməkdaşlıq etdiyimiz insanlar böyük rol oynadı, buna görə onlara çoxlu təşəkkür edirəm. Onların köməyi olmadan bu cür miqyaslı film çəkmək mümkün olmazdı. Filmimdə çəkilən azərbaycanlı aktyorlara gəldikdə, onu deyə bilərəm ki, Fuad Poladov, Fuad Osmanov, Firdovsi Atakişiyev və başqalarının peşəkarlığını yüksək qiymətləndirirəm. Bu aktyorlar hələ köhnə məktəbin nümayəndələridir. Onlarla birgə işləməkdən zövq aldım".

Xatırladaq ki, "Russkiy perevod" filmindən ilk dəfə yayılan fotoları Əməkdar artist Fuad Osmanov şəxsi arxivindən gənc və istedadlı aktyor Murad İsmayıla təqdim edib.

Murad İsmayılın isə şəxsən mənə təqdim etdiyi fotoları Open.az saytı vasitəsilə ilk dəfə yayımlayırıq.
Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar...
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi