Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Okt 17:54Medeniyyet
Allahşükür Paşazadə yerinə oğlunu hazırlayır?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. İranın Azərbaycan əleyhinə təbliğat apardığı bir dövrdə uzun müddət susmağa üstünlük verdiyi üçün sərt tənqid olunan QMİ sədri bu dəfə də Moskva səfəri ilə gündəmə gəlib.
Azərbaycan tərəfdən səfərdə iştirak edən nümayəndə heyətində Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin və qardaşı, deputat Cavanşir Paşazadənin də iştirak etməsi birmənalı qarşılanmayıb.
Respublikaxeber.az KONKRET.az-a istinadən bildirir ki, Şeyxin oğlunun Rusiya paytaxtına səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması sosial mediada maraqlı müzakirələrə yol açıb. QMİ sədrinin Məhəmməd Paşazadəni vitrinə çıxarmasının uzağagedən nəticələrə hesablandığı bildirilir. Şeyxin varis planına əl atdığı, oğlu Məhəmmədi öz yerinə hazırladığına dair iddialar ortaya atılıb.
Qeyd edək ki, Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə din təhsili almayıb. Bakı Dövlət Universitetinin məzunu olan Məhəmməd ixtisasca hüquqşünasdır.
O, 2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Və bir müddət sonra “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlı elmi işini müdafiə edib.
Hüquq üzrə fəlsəfə doktoru olan Məhəmməd Paşazadənin dissertasiya işində Azərbaycan Respublikasının cinayət prosesesində prosessual formanın mahiyyətindən və onun təkmilləşdirilməsi istiqamətlərindən bəhs edilib.
Din təhsili almayan, heç vaxt dini sferada gözə dəyməyən Məhəmməd Paşazadənin Azərbaycan nümayəndə heyətinin tərkibində Rusiyaya səfər etməkdə məqsədi nə olub?
QMİ-dəki mənbənin “Yeni Sabah”a verdiyi məlumata görə, gənc Paşazadənin Rusiya paytaxtına səfəri atasının arzusu ilə baş tutub. Belə ki, Şeyx oğlunu yanında aparmaqla QMİ-dəki daxili mübarizəni bir qədər səngitmək istəyib. “Şeyxin yaşlanması və səhhətinin getdikcə pisləşməsi QMİ-də sədr postu uğrunda daxili mübarizəni gücləndirib. Onun yerinə bir neçə iddialı olduğu üçün qurum daxilində müəyyən gərginlik müşahidə olunur. Şeyx oğlunu öz yerinə gətirəcəyinə dair görüntü yaratmaqla müvəqqi də olsa bu mübarizəni səngitmək istəyir”, – deyə mənbə bildirib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi