Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Yan 15:54Bolge-Xeberleri
Şəhid qapısı açmayan Şeyxin yeni biznesi - VİDEOFAKT
Qafqazın Şeyxi Allahşükür Paşazadə 2020-ci ili də pis başa vurmadı. Dünyada pandemiya, Azərbaycanda 44 gün müharibə olsa da, bu çətinliklər Şeyxin biznesinə mənfi təsir göstərməyib.
Anaxeber.info-nun verdiyi məlumata görə, Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) sədrinin Qusarda yerləşən bağlarının video görüntüləri bunu təsdiq edir.
A.Paşazadənin Qusarın kəndlərinin birində hektarlarla geniş bağlarının olduğunu video kadrlardan görmək mümkündür. Təqdim edəcəyimiz görüntülərin arxasında danışan şəxs bildirir ki, Şeyxin burada bağları var.
Əlbəttə, QMİ sədrinin biznes kəhkəşanı həmişə inkişafda, rentabelli olub. Onun çadır biznesindən tutmuş xaricdəki əmlaklarına qədər geniş, əhatəli məlumatlar üzə çıxarılıb.
Ona bizneslə məşğul olmaq qadağan deyil. Çünki məmur sayılmır, dövlət qulluğunda işləmir, QMİ ictimai qurumdur, yəni, şirkətləri, obyektləri ola bilər. Ancaq sual yaranır ki, Qafqazın Şeyxinin, bir din xadiminin bu imkanları haradandır, Qusarda bağları necə salıb?
Videoda çıxış edən şəxsin sözlərinə görə, A.Paşazadə əraziləri kəndlilərdən alıb, özəlləşdirib və şəxsi bağlarını yaradıb. Bu da böyük vəsait tələb edir. Ancaq görünür QMİ sədrinin imkanları hüdudsuzdur.
O dərəcədə sərhədlər tanımır ki, Paşazadənin Çexiyada, Karlovı-Varıda əmlakları var. Şeyxülislam bu günə kimi nə vergi orqanlarına, nə Maliyyə Nazirliyinə, nə cəmiyyətə hesabat verməyi özünə borc bilib.
A.Paşazadə and-aman edirdi ki, onun heç yerdə mal-mülkü, biznesi yoxdur. Ancaq nəinki özünün, oğlunun da şirkətləri fəaliyyətdədir.
Məhəmməd Paşazadə “BAQİ” MMC-nin təsisçilərindən biridir. O, həm də “PLAST-KABEL” MMC-nin həmtəsisçisidir.
Hbaelə, Paşazadənin qızının Nərimanov rayonunda 5000 kv.metrlik villası var. Bu barədə jurnalist Həbib Müntəzir yazmışdı.
Villanın ərazisi 5 min kv.metrdir. Həyətində gümbəzli külafirəngi (daş balkonu) da var. İndi sual olunur ki, Şeyx aylıq nə qədər qazanır ki, bu böyüklükdə villaya sahibidir?
Hətta bir neçə il öncə akademik Ramiz Hacılı M.Nağıyev küçəsi 1-ci döngə ünvanında yerləşən həmin torpaq sahəsinin Kafiyə Allahşükür qızı Paşazadə tərəfindən mənimsənilməsi və yerində villa tikilməsi ilə bağlı mətbuata şikayətlər yazıb.
Və bunların qarşılığında Şeyx həzrətləri bəyan edir ki, vicdanın nə olduğunu bilmir. Vicdan elə düz danışmaqdır.
Yenə sübut lazımdırsa, xatırlada bilərik: Marketa Şpişakova adlı çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Paşazadənin Karlovı Varıda açdığı “Aynur KV” şirkətinin ortağı olub.
İndisə yeni məlum olur ki, QMİ sədrinin həm də Qusarda bağları var imiş və Paşazadə 2020-ci ildə öz biznesini genişləndirib, inkişaf etdirib.
Yeri gəlmişkən, Anaxeber.info bunu da qeyd etməyi zəruri bilir - 44 günlük Vətən müharibəsində çox hörmətli Şeyxin bu yöndə açıqlamalarını, aktiv fəaliyyətini görə bilmədik.
Əslində bir ziyalı, böyük din xadimi, xalqın həmişə ehtiram göstərdiyi şəxs kimi Qarabağın azad olunduğu günlərimizdə dəstək verməli, çıxışlar etməli, orduya, xalqa dualarını əsirgəməməli idi.
Ancaq QMİ sədri gözə dəymədi. Hətta bundan qabaq 14 iyul hadisələrində də Paşazadə ortalıqda görünmədi. Bütün buna baxmayaraq, ən azı Şeyx şəhidlərin dəfnində iştirak etməli, ailələrindən bir neçəsinə baş çəkməli, heç olmasa bu savaşda böyük hünər, qəhrəmanlıq göstərən öz doğma talış bölgəsinin, Lənkəranın şəhid verən ailələrinə getməli, çıxışlar etməliydi. Biz əsla A.Paşazadənin içində Qarabağ sevgisinin, şəhidlərə laqeydliyin olduğunu düşünmürük.
O, vətənpərvər insandır, həmişə fəal nümayiş etdirib, xalqın ağrılı günlərində yanında olub, qabağa çıxıb, xalqa səsini eşitdirib.
Lakin biz tarix yazdıq, Ordumuz qalib gəldi, 27 illik işğala son qoyuldu, Şeyx isə hələ də bəyanatı ilə diqqət çəkməyib.
QMİ sədrini hamı Ağdam məscidində namaz qılan yerdə, Şuşada Gövhər Ağa məscidində dualar oxuyan məqamda gözləyirdi.
Çox nüfuzlu şəxsiyyət olan, Qafqazda böyük hörmətə malik, dinlərarası münasibətlərin inkişafına töhfə vermiş, məzhəb gərginliyinə imkan verməmiş Şeyxülislamın Vətən müharibəsində və sonrakı tarixdə davranışları izaholunmazdır.
Respublikaxəbər.az
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ