Yeni XəbərLər
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
02.09
Arxiv
Sorğu
Оцените работу движка
28 İyl 12:25Medeniyyet
Ədliyyə Nazirliyi daha bir partiyanı qeydiyyata almadı
Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb.
Bu barədə partiyanın sədri Arzuxan Əlizadə məlumat verib.
O qeyd edib ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı vəfat etmiş, texniki səbəblərlə adı təkrar olunan, AMİP üzvü olmadığını bildirən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olub, 3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin aparılması zəruri hesab edilib.
“Ancaq bu heç də yalnız yerdə qalan 3200-ə yaxın üzvün AMİP üzvlüyünü təsdiqlədiyi anlamına gəlməməlidir. Belə ki, reyestr məlumatların dəqiqləşdirilməsi tələb olunan şəxslərin də əksəriyyəti partiya üzvü olduğunu təsdiqləyib.
Reyest məlumatlarında dəqiqləşmələr aprılacaq partiya üzvlərinin sayının AMİP-in reyest məlumatlarının təsdiqi üçün yetərli olacağını nəzərə alaraq partiya rəhbərliyi tərəfindən partiya üzvlüyünü təsdiqləməyən şəxslərlə bağlı araşdırmanın sonraya saxlanılması məqbul hesab edilib. Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq”, – partiya sədri bildirib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, KXCP və Ağ partiya da var.
Yorum ekle
Xəbərlər
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib. 17:57
Istifadəçi Girişi
Populyar Xəbərlər
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb (video, foto)
ŞƏKİDƏ GƏLİN ƏRİ VƏ BALDIZLARI TƏRƏFİNDƏN HÜCUMA MƏRUZ QALDI, DÖYÜLƏRƏK KÜÇƏYƏ ATILDI? YENİLƏNDİ
İndi də mövzumuz YEVLAX VƏ BƏRDƏ, heç kimi salmasın Allah bu dərdə
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
YASAMAL RAYON MƏHKƏMƏSİ, XOŞQƏDƏM HİDAYƏT QIZINA QADAĞA QOYDU
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
Şəkidə minik və yük avtomobili toqquşub, xəsarət alanlar var