Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Mar 11:10Medeniyyet
Mədəniyyətin unudulduğu mədəniyyət evi: Üfunət, xəstəlik yuvası
Mədəniyyət evində ürəkbulandıran, mədəniyyətdən uzaq mənzərə hökm sürür.
Respublikaxeber.Az xəbər verir ki, söhbət Abşeron Rayon Mədəniyyət Mərkəzidir. Videogörüntüləri sosial şəbəkədə tanınmış nitq təlimçisi Cəlalə Nəzəroğlu paylaşıb.
Paylaşımda oğlunun tədbiri ilə əlaqədar sözügedən Abşeron Rayon Mədəniyyət Mərkəzinə getdiyini qeyd edən C.Nəzəroğlu deyib ki, sanitar qovşağın kəskin qoxusu ətrafa yayılıb:
“Bu gün oğlumun tədbiri var idi. Onun təbii ehtiyacı gələndə heç kimdən tualetin yerini soruşmadım. Çünki yuxarı mərtəbəyə qədər qoxusu yayılırdı. Aşağı düşəndə qoxu artdı və asanlıqla tapdıq. Mədəniyyət elə ən birinci təmizlikdən başlayır.
Görəsən, nə hikmətdir ki, ölkədə olan dövlət müəssisələrinin, o cümlədən, orta və ali məktəblərin sanitar qovşaqlarında eyni üfunət dolu mənzərə var. Bakıda və bölgələrdə onlarla dövlət məktəbində, dövlət qurumunda olmuşam, vəziyyət eynidir. Ayaqyoluna qarşı belə barmaqarası münasibət nədən qaynaqlanır? Görəsən, o “mədəniyyət” mərkəzinə məsul olanların təmizlik mədəniyyəti haqqında anlayışı necədir? Özləri istifadə edirlərmi? Yoxsa bəzi yerlərdə olduğu kimi, burada da xüsusi “mühafizə olunan”, açarla açılıb-bağlanan ayaqyolu var?
Hər şeyi dövlətdən gözləmək olmaz! Dövlət belə mərkəzlərin saxlanılmasına ildə milyonlarla manat vəsait ayırır. Daha bilmir ki, ən vacib məsələ belə gözardı edilir. Pandemiya kəsilər, amma belə mikrob yuvası olan yerlərdən yayılan xəstəliklər heç vaxt kəsilməz”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi