Sorğu
Оцените работу движка

09 May 15:00Olke

DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO

DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO

Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

İlkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov da var.

Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət işçiləri ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, C.Məlikov həmin şəxslərə bölgələrdə və Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib. Qarşılığında isə onlara şərt qoyub.

Belə ki, direktor seçiləcək incəsənət xadimi təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş.

Bu təkliflə razılaşan tanınmış simalar az deyil, onların arasında artıq sözügedən vəzifələrə təyin olunanlar da var.

Məlum olub ki, C.Məlikov hesabatlarında təmirə ayrılan vəsaitlərin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.

Xatırladaq ki, ötən gün nazirlikdə əməliyyat aparılan zaman nazir Əbülfəs Qarayev də binada olub. C.Məlikovdan başqa, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətovun saxlanıldığı bildirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi