Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Yan 11:22Medeniyyet
Elçiliyini Səməd Vurğun etdi, oğlunu itirdi – 29 yaşında güllələnən Müşfiq...
Repressiya dövrü qurbanları deyəndə ağla gələn ilk adlardan biri şair Mikayıl Müşfiqdir.
Respublikaxeber.az kulis.az-ın Mikayıl Müşfiq haqqında yazısını təqdim edirik:
Əksəriyyət belə düşünür ki, 37-39-cu illərdə əsasən hökuməti tənqid edən, onu tərifləməkdən boyun qaçıran insanların repressiyaya məruz qalıb və Müşfiq də anti-Sovet şairidir. Ancaq Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin “Müşfiqli günlərim” kitabını oxuyanda bunun belə olmadığını görürsən. Müşfiq yaradıcılığının ilk dövrlərindən Sovet hakimiyyətinə, sosializmə qəlbən bağlı olan, onu sevə-sevə təbliğ edən şairlərdən olub. Bəs niyə repressiya qurbanı olub? Ona böhtanmı atılıb? O, həqiqətən əsl Sovet şairimi idimi?
Bu suallara “Müşfiqli günlərim” kitabı əsasında hazırlanan bu yazıda cavab tapa bilərsiniz:
Dosye: Mikayıl Müşfiq 1908-ci ildə iyun ayının 5-də Bakının Dağlı məhəlləsində, 2-ci Sovet küçəsi, 6 nömrəli evdə dünyaya göz açıb. İki bacısı və özündən yaşca böyük bir qardaşı olub. Müşfiq altı aylıq olanda anası Züleyxa, altı yaşı olanda atası Mirzə Əbdülqədir vəfat edib. Mikayılın atası müəllim, eyni zamanda “Vüsuqi” ləqəbi ilə şeirlər, qəzəllər yazan şair olub. O, 1902-ci ildə ata yurdu Xızıdan Bakıya köçüb, mədrəsədə təhsil alıb. Ancaq mollaxananın gənclərə fayda vermədiyini görən Mirzə Əbdülqədir bir məktəb açıb, gündüzlər balacalara, axşamlar yaşlılara dərs deyib. Anası Züleyxa xanımın ölümündən sonra atası Müşfiqi Xızıdakı qohumu Səfiyyəyə verib. Müşfiq 3 yaşına qədər süd anası Səfiyyənin yanında qalıb. Sonra atası onu yenidən Bakıya gətirib, ancaq 3 ildən sonra dünyasını dəyişib. Bundan sonra ailəyə nənə Qızqayıt və dayı Cavad himayədarlıq edib. Müşfiq getdiyi rus-tatar məktəbini uğurla bitirərək 27-ci ildə Ali Pedaqoji İnstitutuna daxil olub. Şair uzun müddət müəllim kimi fəaliyyət göstərib.
Müşfiqlə tanışlıq
Mikayıl Müşfiqlə Dilbər Axundzadənin tanışlığı 1931-ci ilin bahar aylarına təsadüf edir. Müşfiq Dilbər xanımın əmisi İdris Axundzadə ilə yaxın dost, əmisinin arvadı Fəramuşla isə tələbə yoldaşı olub.
Məşhurlaşmaqda olan gənc şairlə də Dilbəri əmisi arvadı tanış edib. Dilbər xanım ilk görüşü belə xatırlayır:
“Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı”.
“Müşfiq ilk görüşümüzün təəssüratları əsasında iki şeir yazmışdı. Bunlardan biri “İşidir” rədifli qoşma, digəri “Əbədi şevgi” şeiridir. Sən demə, müsamirədə olduğumuz gecə mən sinəmə düşən uzun qoşa hörüklərimi geri atanda Müşfiqin üzünə toxunubmuş. Bəlkə də toxunmayıbmış. Ancaq o məni inandırmağa çalışırdı ki, guya o gün onu ətirli bahar küləyi vurmuşdu…
Hayır, hörüklərin deyildir ilan
O əski şairlər söyləyir yalan,
Məni xəyal kimi ayağa salan –
O coşqun dalğalı telin işidir…”
Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərir, hər görüşə yeni şeirlə gəlir, bəzən də bədahətən şeirlər deyirmiş.
“Müşfiq şeiri oxuyarkən əlini şeirin ahənginə uyğun qaldırıb-endirir, məni büllur səsi, saf və pak hissləri ilə heyran qoyardı”.
31-ci ilin sonlarında Dilbər xanımın dərs ilinin bitir və cütlük bir müddət ayrı qalır: “Mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm qondu. Elə ordaca “Ayrılıq” şeirini dedi. Müşfiqin bu həyəcanlı və kövrək halı mənə elə təsir etdi ki, gözlərimdən qeyri-ixtiyari yaş axdı:
– İstəyirsən, getməyim, daha bundan ötrü niyə narahat olursan?
Müşfiq bu sözümə də şeirlə cavab verdi:
Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!…
Sən Müşfiqin yanında, qalginən sənə qurban,
İstəsən bu canımı, alginən sənə qurban.
Səməd Vurğunun “elçiliyi”
Dilbər xanım getdikdən sonra Müşfiq Səməd Vurğunla Gəncəyə qonaq gəlir. Hamı Bakıdan gələn gənc şairləri dairəyə alıb onları evinə dəvət etməyə, sözlərini-söhbətlərini eşitməyə çalışır. Amma şairlərin gəlişlərinin ayrı bir səbəbi vardı:
“Bir də gördüm, Səmədlə Müşfiq mənə tərəf gəlirlər. Onları görəndə ürəyim uçunmağa başladı. Səməd mənə mehriban bir nəzər salıb gülümsündü:
– Dilbər bacı, bizim bu dağlara gəlməyimizin, – dedi, – bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməyidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib. Siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Gördüm bu gedişlə o, Kərəmi ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü yola. Bütün yolu şeir deyə-deyə gəlmişik. Müşfiq, xahiş edirəm, yolda dediyin şeirlərdən birini de.
Müşfiq qığılcım saçan baxışlarını mənə dikib uzun bir şeir dedi. Səməd də, mən də böyük məftunluqla dinlədik. Səməd dedi:
– Dilbər bacı, qorxum bir bu Müşfiqdəndir. Məni ötsə, ancaq o ötəcək.
…Ertəsi gün Səmədlə Müşfiq Gəncədə çıxışlar edib Bakıya qayıtdılar”.
Dağüstü parkda nişan təklifi
Dilbər xanım Bakıya qayıdar-qayıtmaz Mikayıl onu dostları ilə tanış edir. Şair Mehdi Hüseynlə yoldaşı Fatma xanımın M.F.Axundov adına parkın yaxınlığındakı evlərinə qonaq aparır. Fatma xanım Müşfiq yaradıcılığının böyük heyranlarından olub, onun “Dilbərnamə” şeirlər məcmuəsinə daxil olan bir çox şeirləri əzbər bilirmiş. Hətta 56-cı ildə Müşfiqin “Seçilmiş əsərləri” üçün bir çox şeirlər Fatma xanımın dilindən yazılıb nəşriyyata təqdim olunub. Çünki şairin əksər kitabları 37-ci ildə tamamilə məhv edilmişdi.
Müşfiq Dağüstü parkdakı növbəti görüşlərin birində Dilbərə elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini deyib. 1932-ci ilin aprelində cütlük nişanlanıb:
“Dövrün görkəmli ədiblərindən Hüseyn Cavid həyat yoldaşı Müşkünaz xanımla, Abdulla Şaiq həyat yoldaşı Şahzadə xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, məşhur müğənni Bülbül şagirdi Eloğlu ilə, gənc şairlər və yazıçılardan Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Hüseyn Mehdi həyat yoldaşı Fatma xanımla, Rəsul Rza həyat yoldaşı Nigar xanımla, Məmməd Rahim həyat yoldaşı Mələk xanımla nişana gəlmişdilər. Bülbüllə Eloğlunun şəlalə tək şaqraq və məlahətli səsi məclisə xüsusi gözəllik verirdi. Tez-tez sağlıqlar, şeirlər deyilir, qədəhlər cingildəyirdi. Hüseyn Cavidin xeyirxah, ata nəvazişi ilə dediyi sağlıq hələ də xatirimdədir”.
Cütlüyün kəbini isə təxminən bir ildən sonra, 1933-cü ilin iyunun 20-də kəsilib. Növbəti il oğulları dünyaya gəlib:
“Müşfiq onun adını Yalçın qoydu. Sevinci yerə-göyə sığmırdı. Dünyaya gəldiyi gündən Müşfiqə sanki qanad gətirmişdi. Təəssüflər olsun ki, sevincimiz çox çəkmədi. Uşaq iki aylıq olanda bərk xəstələndi, hərarəti yüksək olduğundan bütün gecəni süst düşdü. Həkimlərin müayinəsi və müalicəsi fayda vermədi. Uşaq gözlərini son dəfə əbədi yumanda Müşfiq çığırtı ilə ağlayıb, fəryad qopardı”.
Mollaxana düşməni Müşfiq
Həmin dövrlərdə şair “Azərinəşr”də redaktor vəzifəsində və 18 nömrəli məktəbdə müəllim işləyirmiş. Şagirdlərdən biri sevimli müəllimlərini belə xatırlayır:
“Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardılar. Çoxumuza “qızım”, “oğlum” deyə müraciət edərdi. Əslində, bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiqə bu sözlər çox yaraşırdı”.
Şair özünün ən birinci vəzifəsi kimi insanları məktəbə, elmə yönəltmək, şagirdlərdə ədəbiyyata maraq oyatmağı görürdü. Buna görə də, atası Mirzə Əbdülqədir kimi mollaxanalar, mollaları heç sevməzmiş. Xalası oğlu Ağakərim Kərimov bir gün 8 yaşlı Mikayılı özü ilə mollaxanaya dərsə aparıb. Dərsdən qayıdandan sonra Müşfiq elə hey mollaları lağa qoyur, xalası oğluna daha ora getməməyi məsləhət görərmiş. Hətta bir həcv də yazıb:
Uşaqlar əyləşib yerə,
Cındır həsir-dolu birə,
Belə molla yerə girə!
De görüm, bu molla –
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?
Yarısı oruc tutur,
Yarısı namaz qılır,
Molla özü mürgüləyir.
De görüm, bu molla –
Hara mollasıdır?
Yoxsa bu molla qara mollasıdır?
Nadir hafizə sahibi və huşsuz şair
“Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməzdi. Şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbər bilirdi. Bir dəfə məktəbdə oxuyanda müəllim Tofiq Fikrətin həyatını keçməyə hazırlaşırmış. Amma kitab yadından çıxdığından dərsi təxirə salmaq istəyib. Müşfiq isə müəllimə Tofiq Fikrətin bütün şeirlərini əzbər bildiyini deyib və dərs boyu hamını təəccübləndirib. Şeirdə nadir hafizəsi olan Müşfiqin həyatda, məişətdə yaddaşı çox zəif idi. Bu haqda dövri mətbuatda qəribə bir yoldaşlıq şarjı çəkmişdilər. Şarjın altından yazmışdılar ki, guya o, papağını itirir və tapmaq üçün aləmi axtarır. Birdən baxıb görür ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edən Müşfiq S.Y.Marşakın “Huşsuza bax huşsuza” əsərini dilimizə tərcümə edəndə deyirdi:
– Şair lap mənim obrazımı yaradıb ki!”
Müşfiq əsl Sovet şairi kimi
“İndiki Azərbaycan Yazıçılar İttifaqı o zaman “Proletar Yazıçılar Asosyasiyası” adlanırdı. Bu cəmiyyət üzvlərini tez-tez fəhlə qəsəbələrinə, fabriklərə, məktəblərə, klublara göndərirdi. Onlar fəhlələri sosializm quruculuğu işinə ruhlandırdılar. Müşfiq bu işdə fəaliyyət göstərir, tez-tez qəzetlərdə təriflənərdi”.
Dilbər xanım Müşfiqin aşiqanə şeirləri əsas yaradıcılıq hesab etmədiyini, daima günün tələbinə uyğun şeir yazmağa cəhd etdiyini yazır: “Keçən il bir neçə yoldaşla avralda pambıq toplanışında olmuşam. Bu haqda poema yazmaq istəyirəm”.
Həmin pambıq toplanışına Müşfiq xalq yazıçısı Süleyman Rəhimov və həkim Quliyevlə getmişdi. Mənim məktəb yoldaşım olmuş həkim Quliyev Müşfiqin səhərdən axşama qədər kolxozçularla birgə işlədiyini deyirdi. Səfərdən çox keçməmişdi ki, Müşfiqin məşhur “Bəyaz çöllər” poeması çapdan çıxdı”.
1931-ci ildən şair Bayıldakı mədəniyyət evində təşkil olunan ədəbiyyat dərnəyinə rəhbər göndərilir. Müşfiq bu rayonun hər işi ilə yaxından tanış olaraq bir sıra əsərlər yazıb: “İnqilabi mübarizə, döyüş və əmək ənənələri Müşfiqin şair qəlbini çoşdurmaya bilməzdi. O, həmin vaxtlarda “Neft-İliç buxtası”, “Posyolka”, “İşçi qız” şeirlərini, “Buruqlar arasında” poemasını yazmışdı”.
“Gəncədə olarkən Mingəçevir problemi Müşfiqi daha çox məşğul edirdi; o, dostları ilə gələcəyin nəhəng tikintisi olacaq Mingəçevir Su-Elektrik Stansiyasının yerinə gedib layihə-quraşdırma işləri ilə tanış olurdu. Bu zaman o, “Mingəçevir həsrəti” əsərini artıq yazmağa başlamışdı”.
Sosializm quruculuğu illərində həyata keçirilmiş bir sıra reformalardan Müşfiq çox razı olub. Ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması haqda şair hətta şeir də yazıb. Ancaq həmin illərdə tarın qadağan olunması ilə bağlı söz-söhbət Müşfiqi də, yaxın dostu tarzən Qurban Pirimovu da bərk sarsıdıb. Müşfiq evlərinə qonaq gələn Pirimova tarın qadağan olunmasının xalqa ancvaq ziyan vuracağını deyirmiş: “O, ustaddan tarı götürüb çalmasını xahiş etdi. Qurban müəllim tarı sinəsinə sıxıb “Yetim segahı” çalmağa başladı. Tar dilə gəldi, tar inildədi, tar hönkürdü. Tarın qopardığı nanələr alında Müşfiq özünü çəkdiyi papirosun dumanlarına bürümüşdü. Birdən onu gördüm ki, Müşfiqin yanıqlı səsi tarın naləsinə qarışdı və həmin günlərdə yazdığı “Oxu tar” şeirini söyləməyə başladı. Xoşbəxtlikdən onların həyəcanı uzun sürmədi. Tar qadağan edilmədi…”
Haqsızlıq və böhtanın gətirdiyi ölüm
Oğlunun ölümündən (1934-cü il) sonra şair böyük sarsıntı keçirir. Həmin ilin sonlarında sevdiyi həmyerlisi Cəfər Cabbarlının ölümü Müşfiqə ağır zərbə olur. Şairin ürəyini bu sıxıntılardan başqa, ona qarşı yönələn haqsız tənqidlər də sıxır.
“Mənim bu dəryada bir sandalım var,
Hələ bədr olmamış bir hilalım var” –
deyib bədbinliyə qapılmamağa, möhkəm durmağa çalışsa da, insanların, xüsusən qələm yoldaşlarının ittihamları onu çox incidir:
“Bir gün Müşfiq evə çox dilxor gəldi, başının ağrıdığını dedi. Papiros çəkmək üçün eyvana çıxdı. Sonra dərindən ah çəkib sözə başladı:
– Dilbər, bugünkü yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz mənə elə toxundu… Axı burjua deyəndə bizim gənclərin təsəvvüründə zəhmətdən qaçan, insanlıqdan kənar, xalqını, cəmiyyətini, vətənini sevməyən adamlar gəlir. Özün de, mən elə sözlərə layiqəm?
Qəhər məni boğdu. Böhtan qılınc yarasından pis olur. Axı bütün varlığı ilə sosializmin quruculuğuna bağlı, onun hər nailiyyətinə ürəkdən sevinən, dövrünü, zəmanəsini sonsuz ilhamla tərənnüm edən şairə bu cür böhtan atanların məqsədi nə idi?
Birdən “Duyğu yarpaqları”ndakı bir rübaini xatırladım:
Nə bir həsrətim var, nə bir qəmim var.
Dostlarım bilir ki, nə aləmim var!
Lenin dünyasına ithaf etməyə
Bir şair ürəyim, bir qələmim var!
– Heç xırda burjua şairi belə səmimi sözlər deyə bilərmi?- dedim.
Müşfiqin eyni bir az açıldı və mənə iclasdan ətraflı danışmağa başladı. Bircə o dövrün ictimai xadimlərdən olan Hökumə Sultanovanın onu müdafiə etdiyini dedi. Sonra Müşfiq ürək ağrısından şikayət etdi. Ona ağrısını sakitləşdirmək üçün dərman verdim, amma gecə səhərə qədər gözünə yuxu getmədi. Səhər həkim çağırtdırdım. O, Müşfiqin əsəb sarsıntısı keçirtdiyini müəyyən edib dərman yazdı”.
Müşfiq üçün daha ağır günlər 37-ci ildə-dostlarının repressiyaya qurbanı olması getməsi ilə başlayır. Həmin ilin iyulunda Əhməd Cavad həbs olunur, bir neçə aydan sonra güllələnir. Cavadın həyat yoldaşı Şükriyyə xanım və uşaqları Qazaxıstana sürgün edilir. Hüseyn Cavid Sibirə sürgünə göndərilir. 1938-ci ilin əvvəllərində sıra Mikayıl Müşfiqə çatır və yanvarın altısı güllələnir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB