Sorğu
Оцените работу движка

09 Sen 10:17Olke

“Mikayıl Müşfiqlə yanaşı, digər repressiya qurbanlarının qalıqları gətirilir” - AÇIQLAMA

“Mikayıl Müşfiqlə yanaşı, digər repressiya qurbanlarının qalıqları gətirilir” - AÇIQLAMA


Bir neçə müddətdir ki, repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məqsədi ilə axtarışlar aparılır.

Respublikaxəbər.az xəbər verir ki, hazırkı vəziyyətlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla əlaqə saxlayıb.

Direktor bildirib ki, sümük müayinələrinin gətirilməsi davam edir:

“Bəli, hazırda işlər davam edir. Kriminalistlər müayinə aparırlar, sonra da genetiklər baxırlar. Proses yekunlaşmayıb. Sümüklər çoxdur, ona görə də hələ tam dəqiq heç nə demək olmur”.

Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru əlavə olaraq bildirib ki, işlər tək Mikayıl Müşfiq üçün deyil, digər repressiya qurbanlarının da nümunələri gətirilir:

“Biz bütün bunların ekspertizasını aparırıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş vermişdi.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi