Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Dek 13:25Medeniyyet
Çingiz Abdullayev: "Qadınları, qızları sevdiklərinə görə kişilərin xəyanətini bağışlamaq olar"
“Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar… Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır”.
Respublikaxeber.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev “Üzə-düz” verilişində qonaq olarkən deyib.
O, valideynlərini itirdiyi günləri təqvimdən silmək istədiyini açıqlayıb:
“O biri dünyada şansım olsa idi, atam-anamla görüşüb, danışmaq istərdim. Ancaq yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, mən onun böyük oğlu idim. İndi imkanım olsa idi, atama onu necə sevdiyimi deyərdim. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz. Ömür boyu onun peşmançılığını yaşaya bilərsiniz. Həyatımda iki günü təqvimdən silərdim, atam və anamı itirdiyim günləri”.
Abdullayev “Ölümdən qorxursunuz” sualına belə cavab verib:
“Ölümlə hələ görüşməmişəm, ona görə də deyə bilmərəm. Amma görünür qorxuram, ona görə ki, təyyarədə uçmağı sevmirəm. Bir dəfə təyyarəmiz yanıb, bir dəfə Afrikada çevrilib, bir dəfə yerdə toqquşub. Ölüm elədir ki, başa düşürsən ki, hər şey bitir. Mənim qızım mənə deyir ki, yaxşı ölüm 100 yaşında qohumların arasında, haradasa bağda gülə-gülə oturasan və belə də gedəsən”.
Xalq yazıçısı bir müddət əvvəl dediyi “Niyə kişilər xəyanət etsə də, onları bağışlamaq olar” fikrinə belə aydınlıq gətirib:
“Quranda da yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. 35 ildə bir dəfə evlənmişəm, bununla da bitib. Qadına dörd ər saxlamağa icazə verilmir, kişilərə isə icazə verilir. Pis, ya yaxşı, tarixdə bu belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onlar qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək, indi bu belədir də…”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi