Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Sen 18:04Medeniyyet
“Biqeyrətlər, binamuslar!“ - Əli Mirəliyev "od püskürdü"
Sosial şəbəkələrdə tez-tez sənət adamlarının ölümü ilə bağlı xəbərlər paylaşılır, daha sonra bu məlumatlar KİV-lərə köçür. Bu informasiyaların çox vaxt yalan olduğu üzə çıxsa da, “sənətçi öldürülmə əməliyyatları” sona çatmır.
Son vaxtlar Xalq artistləri Cavan Zeynallı, Bilal Əliyev, meyxanaçı Ağakərim “dəfn edilsə də”, hər üç sənətçi hazırda sağdır.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a ötən ilin bu günü ölüm xəbəri yayılsa da, sağ olan Əli Mirəliyev danışıb.
O, bu tip xəbərlərin qəsdən xüsusi adamlar tərəfindən yayıldığını iddia edib:
“Şou-biznesdə ən çox “ölən” mənəm. Hər il bir dəfə “öldürülürəm”. Allah Kərimə can sağlığı versin, uzun illərdir xəstədir, haradasa başa düşmək olar. Amma mən sağlam adamam, niyə məni “öldürürsünüz”?
Xəbərlər yayılanda nə mənbə göstərilir, nə ölüm səbəbi. Nədən öldüm? Elə yazırlar ki, “Əli Mirəliyev dünyasını dəyişdi”. Ay bədbəxtlər, niyə belə edirsiz? Rəhmətlik Mirzə Ələkbər Sabir vaxtilə deyirdi ki, qeyrətimiz bəllidir tüm millətə. Sabir bunların hamısını görüb, öz aramızda olan axmaq düşüncəli insanları ta o vaxtdan seçib.
Bu tip xəbərləri yayanlar insan deyil, heyvandır. Hətta heyvan onlardan yaxşıdır. Bilmirəm belələrinə nə ad verim. Bəsdir, siz də Allah qarşısında cavab verəcəksiniz, niyə belə edirsiniz, ay biqeyrət, binamuslar? Sağ adamı evində oturduğu yerdə niyə öldürürsünüz? Belə məlumatları yaymaqla qazancınız nədir? Bundan nə ləzzət alırsınız? Utanmırsız öz xalqınızdan olan sənətçiyə qarşı belə hərəkətlər edirsiniz? Axı onun ailəsi, balaları var, görün onlar bu xəbərləri görüb nə hala düşürlər. Özünüzü həmin şəxslərin yerinə qoyun. Onlar bütün şou-biznesi bezdiriblər.
Bizdən nə istəyirsiniz axı? Xalqın sevib-seçdiyi, inandığı insanlar haqqında niyə belə sözlər yazırsınız? Onlar alçaqdırlar!”
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi