Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Avq 18:02Medeniyyet
Xalq yazıçısı Şuşada “Nə oldu Paşinyan?” dedi
“Mən bu qısa çıxışımı etirafla başlamaq istəyirəm. Bilirdim ki, Şuşa haçansa mütləq azad olunacaq. Çünki başqa cür mümkün deyildi. Ancaq mən özümün həmin gözəl günü görəcəyimə inanmırdım. Nə üçün inanmırdım? Çünki dünyanı ikili siyasi standartlar idarə edir və Siz, çox hörmətli cənab Prezident, bu güclü və qolu zorlu ikili standartlar dünyasında ortaya son dərəcə cəsarətli və cəsarətli olduğu qədər də qətiyyətli, prinsipial iradə qoydunuz. Qəsbkar Şuşadan qovuldu və Şuşa azad oldu. Ancaq yalnız qəsbkar deyil, bu ikili standartlar da məğlub oldu”.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu fikiləri Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində Xalq yazıçısı Elçin Əfəndiyev çıxışı zamanı deyib.
O, əminliklə deyib ki, Şuşa bundan sonra daha da gözəlləşəcək, inkişaf edəcək, daha artıq eşqlə böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcək:
“Cənab Prezident, Azərbaycanın gələcək tarix kitablarında, salnamələrdə Sizin adınız həmişə azad Şuşa ilə, azad Qarabağ ilə yanaşı yazılacaq”.
“Mənim təsəvvürümdə Şuşa canlı bir orqanizmdir. Biz 30 il Şuşa ağrısı ilə yaşadıq. Ancaq bu 30 ildə Şuşanın özü də həsrət və ağrı içərisində idi.
Bu canlı orqanizm doğma xalqının yolunu gözləyirdi. Nəhayət ki, Şuşa bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 44 günlük azadlıq savaşında Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idilər. Ali Baş Komandan həm də bu 44 gündə Azərbaycan xalqının ədalətin və prinsipiallığın tribunu idi. Bu tribunun səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının ürəyinə də yayılırdı. Bu gün bizim hamımız, bütün Azərbaycan xalqının sevinci, fərəh hissi və qüruru, eyni zamanda, Şuşanın özünün də sevincidir, Şuşanın da qürurudur.
Əziz dostlar, bu sözləri oxuya-oxuya bir söz də yadıma düşdü və onu demədən düşmək istəmirəm:
“Nə oldu Paşinyan?”, deyə o, çıxışını yekunlaşdırıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi