Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 Mar 12:53Kriminal
Göyçayda qızı evlənmək üçün qaçırıb işgəncə verdilər - TƏFƏRRÜAT + YENİLƏNİB
Göyçay rayonunda 21 yaşlı qızı qaçıran şəxslə bağlı cinayət işi başlanılıb.
Respublikaxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
İlhamə Əbülfət
10:36
Göyçay rayonunda 21 yaşlı qızın qaçırılması ilə bağlı təfərrüatlar məlum olub.
Qaçırılan qızın yaxınlarının Trend-ə verdikləri məlumata görə, hadisə fevralın 26-da səhər saat 08:30 radələrində Ulaşlı-Şıxlı kəndi ərazisində küçədə baş verib:
“Qız Potu kənd həkim məntəqəsində işləyir. Səhər saat 08:30 radələrində işə gedərkən qonşuları Feyruz Əliyev, atası Mahmud Əliyev və anası Yeganə Əliyeva küçədə onun qarşısını kəsib. Qız onlara müqavimət göstərsə də, mümkün olmayıb. Həmin şəxslər qızın saçından və ayağından tutaraq sürüyüb həyətlərinə gətiriblər. Əvvəlcə onlar qızın sakit olmasını tələb etsələr də, o qışqıraraq qonşulardan kömək istəyib. Bunu görən ailə qızı həyətdəki tövləyə gətirib onu hədələyiblər. Daha sonra qızın əllərini və ağzını bağlayaraq tövlədə saxlayıblar. Günün ikinci yarısında onlar qızı ağzı bağlı vəziyyətdə həyətlərindən avtomobilə mindirərək Ucar rayonundakı qohumlarının evinə aparmaq istəyiblər. Bu vaxt qonşular hadisəni görüb və bizə məlumat veriblər”.
Yaxınları bildirir ki, Göyçay Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qızın qaçırıldığı avtomobil saxlanılıb:
“Qızı ailəyə təhvil verdilər, oğlanı və ata-anasını isə polisə apardılar. Sonradan məlum oldu ki, oğlanın ata-anasının ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Hansı əsasla buraxıblar, onu bilmirik. Bildiyimiz odur ki, qızı 3 nəfər oğurlayıb”.
Məlumatda bildirilir ki, hadisəni törədənlər qızın qonşularıdır və ailələr arasında heç bir ədavət olmayıb:
“Ailənin qızı oğlan üçün istəməsi və rədd cavabı alması barədə məlumatlar da yalandır. Onlar heç vaxt qızı istəmək üçün ailəyə elçi gəlməyiblər”.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi