Sorğu
Оцените работу движка

25 Avq 09:25Bolge-Xeberleri

Göyçayda nişanlı qızın cehizlərini oğurlayan şəxs tutuldu

Göyçayda nişanlı qızın cehizlərini oğurlayan şəxs tutuldu


Göyçay şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb.

APA-nın yerli bürosuna istinadən Respublikaxəbər.az-ın xəbərinə görə, Göyçay şəhər sakini Teyyub Nuriyev rayon polis şöbəsinə müraciət edərək məlumat verib ki, naməlum şəxs ona məxsus evə daxil olaraq, nişanlı qızı üçün aldığı və ümumi dəyəri iki min manat olan cehizlik məişət və geyim əşyalarını oğurlayıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Göyçay şəhər sakini Elxan Məlikov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi