Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Apr 15:03Kriminal
Bakıda sevdiyini anası ilə güllələyən gəncə ağır – Cəza
Bakının Sabunçu rayonunda ana və qızını güllələyən 1997-cu il təvəllüdlü Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
teleqraf.com istinadən Respublikaxebere xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sabir Qədimov 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində Sabir Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə 17 yaşlı tanışı Aytən və onun 55 yaşlı anası Esmira Cəfərovalara xəsarət yetirib və hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölüb, anasına tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Qədimov saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi götürülüb. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.
Bildirib ki, ailəsi bir neçə gün əvvəl Aytən Cəfərovaya elçi gəlib. Əvvəlcə Cəfərovlar qızı Sabir Qədimova versələr də, sonradan məsələ pozulub.
Bu səbəbdən mayın 31-də, axşam saatlarında Sabir Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib.
Sabir Qədimov qızın onunla nişanlanacağını, onunla evlənəcəyini deyib.
Aytən Cəfərova ilə mübahisədən sonra Sabir Qədimov evlərinə qayıdıb. O, babasına məxsus ov tüfəngini götürərək geri dönüb, Aytənlə yenidən mübahisə edib. Tüfəngi atəş vəziyyətinə gətirən zaman qızın anası qabağa keçib. 21 yaşlı oğlan həm qızı, həm də anasını güllələyib.
Sabir Qədimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə dabam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 29, 120.2.2-ci xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər