Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Okt 14:04Iran
İslamdan uzaq İran İslam Respublikası...
Respublikaxeber.az Konkret.az-a istinadən xəbər verir ki, İRNA agentliyi İranın dövlət siyasətinin əsl üzünü ifşa edir.
Öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı yeni reallığı həzm edə bilməyən İranın əsl sifəti keçən hər gün daha çılpaqlığı ilə görünməkdədir. Hər ötən gün, əslində din amilinin İran üçün heç bir əhəmiyyət daşımadığını, bu ölkənin indiyə qədər din, islam pərdəsinə bürünərək hansı siyasət yürütdüyünü faş etməkdədir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına lal və kar qalan, bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanılmasından az da olsa, narahatlıq keçirtməyən İranın davranışları necə bir müsəlman ölkəsi olmasını sərgiləyən tutarlı faktlardan biridir. Və bu qəbildən olan sonuncu dəlil də deyil. İran bütün varlığı ilə Ermənistana bağlı olduğunu son günlər daha qabarıq şəkildə ortaya qoyur, din amili ilə illərdir ikiüzlü siyasətə müəlliflik etdiyini sübuta yetirir.
Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın İrana işgüzar səfəri zamanı yaşananlar da bunun növbəti əyani sübutudur. Bu səfər zamanı Ermənistana tam dəstək verən İran üstəlik, Mirzoyana dövlətə məxsus İRNA xəbər agentliyində çıxış etmək imkanı tanıyıb. İranın məhz indiki məqamda dövlət agentliyində Mirzoyana tribuna verməsi heç də təsadüfi deyil. İstər sualların qoyuluşu, istər Ermənistan XİN başçısının sərsəmləmələrinin işıqlandırılması İranın bölgə ilə bağlı məkrli, ən əsası islam ölkəsinə yaraşmayan siyasət yürütdüyünü ortaya qoyur.
Məsələn, İranın dövlət agentliyi bu ölkənin Cənubi Qafqaza yanaşmasının bölgənin etnik və dini məsələlərinə deyil, bölgənin geosiyasi və coğrafi əhəmiyyətinə əsaslandığını bildirir və Ermənistan XİN rəhbərinin İranın bu yanaşmasını necə qiymətləndirməsini soruşur. Maraqlıdır, bununla da İran din, islam kimi ali dəyərləri siyasi alver vasitəsi kimi ortaya qoymuş olmurmu? Necə olur, başqa regionda baş verən hadisələrə İran islam, din adı ilə mövqe sərgiləyir, Cənubu Qafqazla bağlı yox?
Digər bir suala diqqət edək: İranın bölgədə sabitliyin qorunmasında rolu barədə nə düşünürsünüz?
Cavbında Ermənistan XİN rəhbəri İranın bölgədə gərginliyi azaltmaqda və sabitliyi təmin etməkdə rolu və potensialından ağız dolusu danışır. Bunun bariz nümunəsi kimi İranın Ermənistan sərhədlərinin toxunulmazlığı ilə bağlı dəqiq mövqeyini göstərir. İranın regional proseslərdə iştirakının genişləndirilməsinə inandığını ifadə edən Ermənistan XİN rəhbəri iki ölkə arasındakı dostluq və qarşılıqlı faydalı tərəfdaşlıqdan, bölgənin sülh, təhlükəsiz və firavan gələcəyindən və s. bəhs edir.
İranın dövlət agentliyinin suallarından çıxan nəticə odur ki, islam respublikası kimi bu ölkənin din haqqında danışması cəfəngiyyatdır. Necə ki, bunu verdikəri sualla dolayısı ilə etiraf edirlər.
Digər tərəfdən, başqa sualda İranın bölgədə gərginliyi azaltmaqda və sabitliyi təmin etməkdə rolu qabardılır. Hansı ki, İran hazırda bölgədə sabitliyə töhfə vermir, reallıqda gərginliyi körükləmək niyyətinı açıq şəkildə nümayiş etdirir. Azərbaycan təkbaşına münaqişəyə son qoyub, erməni faşizminin başını əzərək həm də bölgənin təhlükəsizliyini təmin efib. Hazırda gündəlikdə kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiyası və s. dayanır. Belə bir məqamda İran açıq formada Azərbaycanı təhdid edən mövqe ilə peyda olur, işğalçı Ermənistana birmənalı dəstək nümayiş etdirir, gizli yollarla ermənilərə hansısa mal və məhsullar daşıyır. Bölgəyə İsrailin gəlməsi barədə yalan və iftira dolu məlumatlar tirajlayır. Bütün bu davranışlar isə ancaq və ancaq gərginliyin artırılmasına xidmət edir.
İslam dini barışa, ədalətə, həmrəyliyə çağırış dinidir. O zaman sual olunur: İslam çətiri altına girən İranın doğrudanmı, İslama dəxli var?!
Elman Babayev,
Əməkdar jurnalist
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi