Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Apr 13:46Iqtisadiyyat
Bu il Energetika Nazirliyində 795 vətəndaş müraciətinə baxılıb
2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, sayğaclaşdırma və digər məsələlərlə bağlı 795 müraciət daxil olub.
Nazirlikdən verilən məlumata görə, bunlardan 357 müraciət elektrik sayğaclarının quraşdırılması, borc və cərimələrin hesablanması, enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtin verilməsi, elektrik enerjisi verilişinin dayandırılması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi təchizatında yaranan digər çatışmazlıqlarla bağlı olub.
Müraciətlərin 216-nı qaz xəttinə qoşulma, qaz təchizatının fasilələrlə verilməsi, qaz sayğaclarında yaranan qüsurlar, izafi borcun yaranması və qaz təchizatında yaranmış digər problemlərlə bağlı ərizə və şikayətlər təşkil edib.
Daxil olan müraciətlərdən 8-i istilik enerjisinin verilişi, 165-i isə müxtəlif məsələləri əhatə edib. 49 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bu dövr ərzində müraciətlərin 566-ı nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılaraq cavablandırılıb, 45 müraciət isə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Hesabat dövründə nazirlikdə həmçinin rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaş qəbulu həyata keçirilib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazirlikdə rəhbər vəzifəli şəxslərin 2019-cu il üzrə vətəndaş qəbulu qrafiki hazırlanıb və nazirliyin saytında yerləşdirilib.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi