Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Noy 14:47Iqtisadiyyat
Nazirlik fermerlərə subsidiya ilə bağlı müraciət etdi
Kənd Təsərrüfatı Nazirliyi məhsul subsidiyası alan - pambıq, şəkər çuğunduru və tütün istehsal edən fermerlərə müraciət edib.
Nazirlikdən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, fermerlər satdıqları məhsulla bağlı məlumatların tədarükçü tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yerləşdirildiyinə əmin olmalıdırlar. Bunun üçün satılan məhsulun həcmi, məbləğini təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri tədarükçülər EKTİS-ə yükləməlidirlər.
“Pambıq, şəkər çuğunduru və tütün istehsalçıları hansı tədarükçüyə və nə qədər məhsul satması barədə məlumatı özləri də EKTİS-ə daxil edirlər. Lakin bu məlumatları mütləq tədarükçülər təsdiqləməli və ya özləri birbaşa sistemə daxil etməlidirlər. Əks halda, bu istehsalçılara məhsul subsidiyası hesablaya və ödəyə bilməyəcəyik”.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq bütün aqrar subsidiyalar EKTİS üzərindən müraciət əsasında Fermer Kartına ödənilir. EKTİS həm kənd təsərrüfatı məhsulları istehsalçılarının, həm təchizatçı və tədarükçülərin, həm də fermerlərə xidmət göstərən baytar, süni mayalanma mütəxəssislərinin qeydiyyatdan keçib, bir-biri ilə əlaqə qura bildiyi vahid aqrar platformadır.
2020-ci ilin subsidiya əmsallarına uyğun olaraq, fermerlərə dövlət büdcəsi hesabına tədarükçüyə təhvil verilən pambığın hər tonu üçün 100 manat, quru tütünün hər tonu üçün 50 manat, yaş tütünün hər tonu üçün 5 manat, şəkər çuğundurunun isə hər tonu üçün 4 manat subsidiya ödənilir.
Məhsul subsidiyası müəyyən edilmiş bitkilər üzrə məhsuldarlığın təşviqinə yönəlib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ