Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Sen 10:36Iqtisadiyyat
Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib - FOTO
Bu gün Onlayn Ictimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (iyun-avqust ayları üzrə) yekunlarına dair dəyirmi masa keçirilib.
Respublikaxəbər.az xəbər verir ki, E-Nazarat Platforması ABŞ Beynəlxalq Inkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən va Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.
Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin iyun-avqust ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vaziyyati və digər məsələlər müzakirə edilib. Onlayn Ictimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə, müraciətlərdə qeyd olunan problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb.
Rübün nəticələrinə görə, 12 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq taltiflor taqdim olunub. Bu qurumlara Bakı şəhəri Icra Hakimiyyəti, "Azərsu" ASC, "Azərişıq" ASC, Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Yasamal Rayon Icra Hakimiyyəti, Binəqədi rayon Icra Hakimiyyəti, Nizami rayon Icra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti, Xətai Rayon Icra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi aiddir.
Digər 10 dövlət qurumuna Onlayn Ictimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə təşəkkürnamələr təqdim edilib (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti, Biləsuvar rayon Icra Hakimiyyəti, İsmayıllı rayon Icra Hakimiyyəti, Masallı rayon Icra Hakimiyyəti, Səbail rayon İcra Hakimiyyəti, Abşeron rayon İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, "Azəriqaz” İstehsalat Birliyi). Bununla yanaşı, Onlayn Ictimai Nəzarət Platforması tərəfindən həyata keçirilən "Fəal vətəndaş-3" müsabiqəsinin qalibləri də (Cavad Salmanlı, Lamiyyə Kərimzadə, Rəşad Nəcəfov, Kamran Nəcəfov) təltif edilib.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi