Sorğu
Оцените работу движка

02 Avq 15:02Iqtisadiyyat

“Microsoft”un Azərbaycan üzrə bazar payı artıb

“Microsoft”un Azərbaycan üzrə bazar payı artıb

Bu ilin iyul ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı iyun ayı ilə müqayisədə 3,8 faiz bəndi azalıb.

"Respublikaxəbər.az"ın "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin avqust ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazar payı 52,48 təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1,2 faiz bəndi çoxdur.

İyun ayı ilə müqayisədə iyulda "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 4,3 faiz bəndi artaraq iyulun 1-nə 30,6% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 1,5 faiz bəndi azdır. "Microsoft Windows" proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 11,1% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin iyul ayında (iyun ayı ilə müqayisədə) 0,8 faiz bəndi azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 1,7 faiz bəndi çoxdur.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 1,98%, "Linux" – 1,76%, naməlum əməliyyat sistemləri – 1,26% və s.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: