Sorğu
Оцените работу движка

04 Yan 17:37Cemiyyet

Azərbaycanda dekabrda hansı sosial şəbəkələr daha çox istifadə olundu

Azərbaycanda dekabrda hansı sosial şəbəkələr daha çox istifadə olundu

2021-ci ilin dekabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 3,1 faiz bəndi artıb.

"Global Stats" statistika mərkəzinin hesabatına görə, bu ilin yanvarın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 58,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 37,8 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı dekabr ayı ərzində 4,5 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvar ayının 1-nə 10,35 faiz təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12,6 faiz bəndi azdır.


Ötən ilin dekabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,4 faiz bəndi azalıb. 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 10,3 faiz bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 8,91, "Twitter" – 7,52 faiz, "VKontakte" – 1,88 faiz, "Tumblr” – 1,6 faiz, və s. (APA)
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: