Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Mar 13:05Iqtisadiyyat
Bütün məhsulların qiyməti 2 dəfə arta bilər - Yeni BAHALAŞMA DALĞASI
Ukrayna ətrafında yaranan gərgin hərbi-siyasi vəziyyət dünyada yeni bahalaşma dalğası yaradıb. Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə bütün ərzaq və qeyri-ərzaq mallarının dəyəri nəzərəçarpacaq dərəcədə yüksələcək.
Respublikaxeber.az sfera.az-a istinadən xəbər verir ki, müharibə əvvəllər də bahalaşmaqda olan xam neftin və təbii qazın qiymətini daha da artırıb. "Brent” neftinin qiyməti 130 dollara yüksəlib ki, bu da aylıq müqayisədə 40 dollar, illik müqayisədə 65 dollar bahalaşmadır. Başqa sözlə, son bir ildə neft qiymətləri 2 dəfə, son bir ayda isə 44 faiz artıb.
Təbii qazın qiyməti daha sürətlə artır. Avropada spot (gündəlik satılan) qazın qiyməti ötən bir ayda 2 dəfədən çox artaraq 3 min dolları keçib.
Neft və qazın bahalaşması elektrik enerjisinin də qiymətinin kəskin artımına səbəb olur. Məlumdur ki, elektrik enerjisi istehsalında əsas yanacaq kimi təbii qazdan istifadə edilir. Bu səbəbdən qazın bahalaşması elektrik enerjisinini qiymətini də eyni qaydada artırır.
Neft, qaz və elektrik enerjisi kimi enerji daşıyıcılarının bahalaşması bütün məhsulların qiymətinin artmasına səbəb olur.
Enerji daşıyıcılarının yaratdığı təsirlə bərabər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da bəzi məhsulların bahalaşmasına əlavə təkan verir. Sanksiyalar sənayedə böyük əhəmiyyətə sahib olan əlvan metalların (alüminium, mis, qurğuşun, sink və s.) dəyərini daha çox artırır. Hazırda əlvan metalların qiyməti son illərin ən yüksək səviyyəsinə çatıb.
Yaranan gərgin vəziyyət taxıl məhsullarının, xüsusən də buğdanın, günəbaxanın qiymətində sıçrayış yaradıb. Çünki Ukrayna və Rusiya dünyanın əsas buğda və günəbaxan təchizatçılarından sayılır. Bu ölkələrlə bağlı problemin yaranması həmin məhsulların həm qiymətini yüksəldir, həm də həmin məhsullarla təchizatı çətinləşdirir.
Taxıl məhsullarının bahalaşması öz növbəsində heyvan yemlərinin dəyərini sürətlə artırır ki, bu da toyuq ətinin, toyuq yumurtasının, mal ətinin, süd və süd məhsullarının, heyvan mənşəli yağların (kərə yağının) qiymətini yüksəldir.
Beləliklə, Ukrayna ətrafında yaranan gərginlik tezliklə aradan qalxmayacağı təqdirdə bütün ərzaq və qeyri-ərzaq mallarının qiymətində baş verən artımları bütün ölkələr, o cümlədən Azərbaycan da hiss edəcək.
Azərbaycan gündəlik istehlak mallarının böyük hissəsini idxal hesabına təmin etdiyindən qiymət artımları daha sürətlə daxili bazarda daxil olacaq.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi