Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Fev 15:38Iqtisadiyyat
Günəbaxan yağının qiyməti kəskin bahalaşacaq – Səbəb nədir?
Pandemiya dövründə kənd təsərrüfatı məhsullarının istehsalının azalması bitki yağlarının bahalaşmasına səbəb olur. Qiyməti daha çox artan bitki yağları arasında liderlik günəbaxan yağına məxsusdur.
Respublikaxeber.az bildirir ki, dünyada bitki yağının qiymətində nəzərəçarpacaq artım var və bu dinamika 2020-ci ilin son rübündə daha da güclənib. Ötən ilin dekabrında günəbaxan yağının bir tonunun qiyməti 2019-cu ilin dekabrına nisbətən 25,7 faiz artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 912 dollar olan qiymət 2020-ci ilin sonunda 1350 dollara çatıb.
Yağın bahalaşması dünyada günəbaxan toxumu istehsalının azalması ilə bağlıdır. Quraqlıq və pandemiya ilə əlaqədar günəbaxan tumu istehsalında əsas ölkələr olan Rusiya, Ukrayna və Moldovada istehsal xeyli azalıb. Bu ölkələrdə istehsalın azalması bütün dünyada günəbaxan tumu istehsalının 10 faiz azalmasına səbəb olub.
İstehsalın azalması günəbaxan yağı idxal edən ölkələrdə qiymət artımlarını gücləndirib. Azərbaycan da əsasən günəbaxan yağını idxal etdiyindən ölkəmizdə qiymət artımları nəzərə çarpır. Rəsmi statistikaya görə günəbaxan yağının qiyməti 2020-ci ilin noyabrında əvvəlki ilin eyni ayına nisbətən 2,7 faiz, dekabrında isə 3,5 faiz artıb. Nəticədə 2020-ci ilin əvvəlində 2,8 qəpik olan 1 litr günəbaxan yağının orta qiyməti ilin sonunda 3,1 manatı ötüb. Hər litrdə yağın 30 qəpik bahalaşması müşahidə edilib.
Azərbaycana ildə 50 min tondan artıq günəbaxan yağı idxal edilir. Onun bir hissəsi birbaşa satışa, qalan hissəsi təkrar emala gedir. Müşahidələrə əsasən günəbaxan yağının orta qiyməti 2021-ci ilin yanvarında 3,3 manata yüksəlib. Bu vəziyyətdə əhali bahalaşmanı hiss etməkdədir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər