Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Mar 16:26Idman
Azərbaycanlı məşqçiyə AĞIR CƏZA
AFFA İntizam Komitəsi (İK) “Sabah” klubunun məşqçisi Vitali Kovalyova 5 oyunluq cəza verib.
Respublikaxeber.Az xəbər verir, buna mütəxəssisin “Keşlə”yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.
Paytaxt təmsilçisi Kovalyova görə 4 min manat məbləğində cərimələnib. Bundan əlavə, klub 5 futbolçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb. “Sabah”ın qapıçısı Səlahət Ağayevin formasında qüsur aşkarlanıb və qarşılaşma bu səbəbdən gec başladığından qonaqlar əlavə 800 manat ödəyəcəklər.
Qeyd edək ki, Vitali Kovalyov Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun kiçik qardaşıdır.
Bundan başqa, İK “Qarabağ” klubuna da 4 min manat məbləğində cərimə tətbiq edib. “Köhlən atlar”ın azarkeşləri evdə “Qəbələ”ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədiblər.
Həmin oyunda qonaq komandanın azarkeşləri stadiondakı əmlaka zərər vurublar və dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.
“Səbail” isə 4 futbolçusu “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə gördüyü üçün 800 manat cərimə olunub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi