Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Mar 14:04Idman
Azərbaycan millisi maskaya görə cərimələndi - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Xəbər verdiyimiz kimi, futzal millimiz Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində UEFA-nın maska təlimatını pozub. Buna görə, UEFA-nın Nəzarət, Etik və İntizam Orqanı AFFA-ya 2500 avro cərimə yazıb.
Məsələ ilə bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Oxu.Az-a danışıb:
“Arenaya və oyun meydanına girişdə yerli mühafizəçilər maska və akkreditasiya vəsiqəsini yoxlayırdılar. Yəni, bizim heyətdə hamıda maska olub. Sadəcə, görünür, oyundakı nəticədən doğan emosionallıqdan irəli gələrək bizim texniki zonada oturanlardan kimsə maskasını çıxarıb. Bu da foto və ya video obyektinə tuş gəlib”.
Qeyd edək ki, karantin qaydaları millimizin İspaniya ilə 2:2 hesabı ilə başa çatan oyununda pozulub. Həmin matç yanvarın 26-da baş tutub.
09:50
UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı AFFA-nı cərimələyib.
Respublikaxeber.Az xəbər verir ki, bununla bağlı qurumun martın 2-də çıxarılan qərarı rəsmən açıqlanıb.
Yanvarın 26-da Niderlandda keçirilmiş futzal üzrə Avropa çempionatının İspaniya ilə oyununda millimizin 4 oyunçusu sarı vərəqə aldığı üçün 2700 avro cərimələnib. Həmçinin, həmin matçda karantinlə bağlı maskalar ilə bağlı təlimata riayət edilmədiyi üçün millimizə 2500 avro cərimə də verilib.
Yanvarın 29-da həmin turnirin Bosniya və Herseqovina ilə matçında 1 qırmızı və 1 sarı vərəqə aldığı üçün AFFA daha 3 min avro cərimə alıb. Rəqib komandanın intizamsız davranışı isə onlara 1500 avro cəriməyə başa gəlib. Beləliklə, AFFA UEFA-ya 8200 avro ödəməli olacaq.
Xatırladaq ki, martın 2-də çıxarılan digər qərara əsasən, Avropa Konfrans Liqasının pley-off mərhələsinin Fransada keçirilmiş “Marsel” – “Qarabağ” oyununa əsasən meydan sahibi klub cərimələnib. Belə ki, “Marsel” stadionda ictimai keçidlərin bağlanması, təxribatçı siyasi və hücum bannerlərinin açılması və qadağan olunmuş petardalardan istifadə olunmasına görə 44 250 avro cərimə ödəməli olub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi