Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Avq 13:17Idman
Rüstəm Müslümov : Azərbaycan bayrağını zirvəyə qaldırmaq mənim üçün qürurverici idi-FOTO-VİDEO
Rüstəm Müslümov 1990-cı il avqustun 16 –da Bakı şəhərində anadan olub. 1995-2007-ci illərdə Milli Qəhraman Nazim Rəfiyevin adını daşıyan 104 nömrəli orta məktəbdə təhsil alıb. Təfəkkür Universitetini bitirib. Uşaqlıqdan idmana maraq göstərən Rüstəm Müslümov 1996 -cı ildən karate döyüş növü ilə məşğul olub sonra isə 1997 – ci ildən cüdo – sambo idmanı ilə məşğul olmağa başlayıb. 2013 - ci ildən isə kempo-karate döyüş növü ilə məşğul olur. kempo-karate döyüş növü üzrə dəfələrlə respublika çempionatının və beynəlxalq turnirlərin qalibi olub. Iki qat dünya mükafatçısıdır . Rüstəm həmişə idmanda yaxşı nəticələr verməyi, vətənin bayrağını yüksəltməyi arzulayıb. 80 kq çəki dərəcəsində yarışan Rüstəm Müslümov söhbətə bu sözlərlə başladı:
Bu gün mənim idmanda uğurlarımın olmasında atama borcluyam .Məni idmana Atam aparıb. Çünki uşaqlıqda çox döyüşkən olmuşam. Atamda qərara gəlib ki, məni karate döyüş növünə yazdırıb 1 il sonra isə cüdo idman növü ilə məşğul olmağa başladım. İlk medalım 3-cü yer olmuşdur .
Ilk müəlliminiz kim olub ?
Tərlan Həsənov ,Telman Əhmədli
- Bu günə qədər sizin üçün çətinlik yaradan idmançı kim olub?
Bilirsiz Hər idmancı özünə görə güclüdür.
Bəs elə bir idmançı olub ki, onunla döşəyə çıxarkən tərəddüd etmisiz , çəkinmisiz?
- Heç vaxt rəqibimdən qorxmamışam
- Rüstəm bəy, Azərbaycan bayrağı Macarıstanın Budapeşt şəhərində zirvəyə qalxarkən hansı hisslər keçirdiniz?
- Mənim iştirakımla Azərbaycan bayrağının zirvəyə qalxması mənə xoşbəxtlik hissi verirdi. O hissləri sözlə ifadə etmək mümkün deyil. İnsan özünü dünyaya yenidən gəlmiş kimi hiss edir. Bu baxımdan bayrağımızı zirvəyə qaldırmaq mənim üçün qürurverici idi. Bü qüruru yaşadığıma görə çox xoşbəxtəm. Azərbaycan bayrağını beynəlxalq idman yarışlarında zirvəyə daşımaq hər bir Azərbaycan idmançısının xəyalıdır. Bu xəyalıma qovuşduğuma görə çox xoşbəxtəm və doğrudan da bu hissləri ifadə etmək olmur. Ölkə prezidenti İlham Əliyevin idmana olan qayğısı da hər kəsə bəllidir və cənab nazir Kəmaləddin Heydərovun Azərbaycan idmanının inkişafı üçün xüsusi olaraq çalışdığını da hər kəs bilir Xüsusilə mənə bu qələbəni qazanmaq üçün hər cür dəstək verən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə, ən başda cənab nazir Kəmaləddin Heydərova öz dərin minnətdarlığımı bildirirəm. Açığı onların mənə göstərdiyi qayğı və diqqət olmasaydı, bu qələbəni qazana bilməzdim.
- Karyeranızda ümumilikdə neçə döyüş olub?
- cüdo – sambo növü ilə çox məşğul olduğuma görə döyüşlərim də çox olub. Sayını konkret olaraq söyləyə bilməyəcəm, amma kifayət qədər çox yarışlarda iştirak etmişəm.
- Adətən idmançılar əsəbi olurlar. Olubmu ki, hansısa yarışda əsəbiləşmisiniz və özünüzü idarə edə bilməmisiniz?
- Əsəb tək idmançılarda deyil, hər kəsdə olur. Bu baxımdan sırf idmançıların əsəbi şəxslər kimi qələmə verilməyini qəbul etmirəm. Əksinə idmançılar səbirli və təmkinli olurlar. Əsl idmançı nəyisə əldə etmək istəyirsə, səbirli olmalıdır. Hər bir yarışda istənilən idmançı qalib gəlmək üçün arenaya çıxır, bu zaman əsəb gərginliyi ancaq ziyan verir və deyim ki, məğlubiyyətlərin böyük hissəsi də məhz əsəb gərginliyi nəticəsində olur. Hansısa hadisədə sırf fiziki gücünə güvənən idmançıları əsl idmançı hesab eləmirəm. Çünki hər kəsin özünə görə fiziki gücü var. Önəmli olan təmkinli və səbirli olmağı bacarmaqdır.
-Son olaraq, Azərbaycanda idmana maraq göstərən gəclərin sayı artmaqdadır. Bu sahədə olan gənclərimizə məsləhətiniz nə olardı? - Bəzi insanlar var ki, sırf formada qalmaq üçün idmana üz tuturlar. Məqsəddən asılı olmayaraq, idmanla məşğul olmaq insan sağlamlığı üçün çox vacibdir. Gənclərə məsləhətim odur ki, sağlam həyat yaşasınlar, zərərli vərdişlərdən uzaq olsunlar, dövlətin mənafeyini hər şeydən üstün tutsunlar.İdmançı adını almaqla, özlərini kimlərdənsə güclü hesab eləməsinlər. Əsl idmançı öz nümunəvi davranışı ilə hamıya örnək olmalıdır.
Respublikaxeber.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi