Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Mar 14:24Ic-Siyaset
Putin 200 milyard dollarlıq sərvətini bu şəhərdə GİZLƏDİR - İDDİA
Rusiya ilə Ukrayna arasında 21 gündür davam edən müharibə cəbhədə olduğu kimi diplomatik masalarda və siyasi səhnədə də davam edir. Rusiyanı sanksiyalarla qorxutmağa çalışan dövlətlərin bu dəfəki hədəfinin isə Vladimir Putin olacağı qeyd edilib.
Respublikaxeber.az Sfera.az-a istinadən xəbər verir ki, hazırda xüsusilə İngiltərədə toplanan bu yeni nəsil rus milyarderlərinin aktivləri müsadirə edilir və onların kommersiya əməliyyatları qadağan olunur. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin də Londonda olduğu düşünülən şəxsi sərvəti gündəmə gəlib. Belə ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edən Milli Cinayət Agentliyi (NCA) xüsusi yaradılmış "Kleptokratiya” (bir ölkədə hakimiyyəti ələ keçirən siyasi qrupun sistemli şəkildə həmin ölkənin resurslarını taladığını ifadə edən termin) bölməsi ilə Putinin aktivlərini tapmağı hədəfləyib. Rusiya liderinin milyonlarla funt sterlinqlik şəxsi sərvətinin Londonda gizlədildiyi güman edilib.
Məlumata görə, NCA bu araşdırmanı kəşfiyyat bölmələri ilə birgə aparır. Putinin bu sərvəti Kremlin "təsdiqlənmiş” sövdələşmələri sayəsində iş adamları vasitəsilə qazandığı iddia olunub. Amerikalı maliyyə ekspertinin sözlərinə görə, Rusiya liderinin şəxsi sərvəti 200 milyard dollar civarındadır və bu onu dünyanın ən zəngin adamı edir. Putinə qarşı sanksiya tətbiq etmək qərarına gələn NCA bununla da müəyyən etdiyi aktivləri dondurmaq səlahiyyəti əldə edir. Rusiya hökuməti ilə ortaq işləyən "çirklənmiş” elitanı müəyyən etməklə gələcəkdə korrupsiyanın qarşısını almaq da bu yeni kəşfiyyat bölməsinin məqsədlərindən biri kimi göstərilib.
Qeyd edək ki, rəsmi mənbələr Rusiya prezidenti Vladimir Putinin illik gəlirini 10 milyon rubl olaraq açıqlayıb. Bu, illik 70 min funt-sterlinq maaşa bərabərdir. Lakin reallığın tamam başqa olduğu bildirilir. Digər tərəfdən, NCA Putindən sonra Belarus kimi bu müharibədə Rusiyaya dəstək verən ölkələrlə bağlı da bu cür tədqiqatların aparılacağını elan edib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi