Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Fev 15:23Olke
Prezident İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr edilən sərgi ilə tanış oldu
Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, TASS-ın baş direktoru Sergey Mixaylov və digər rəsmi şəxslər agentliyin Moskvadakı mənzil-qərargahında açılan “TASS və AZƏRTAC çərçivəsində Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi” ekspozisiyasına baxıblar.
Respublikaxeber.az xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Sərgi TASS-ın Azərbaycanın milli informasiya agentliyi olan AZƏRTAC ilə birgə layihəsidir.
İyirmi fotoşəkildən ibarət sərgi Rusiya-Azərbaycan xalqları arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluq və əməkdaşlıq tarixinin ən son dövründən bəhs edir.
TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman qonaqlara ekspozisiyada təqdim olunan fotoşəkillər barədə məlumat verib. TASS fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevlə rusiyalı həmkarı Boris Yeltsinin dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas müqaviləni, 2001-ci ildə Heydər Əliyevlə Vladimir Putinin Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında birgə bəyanatı və Qafqazda təhlükəsizliyin təmin edilməsi, həmçinin əməkdaşlığın inkişaf etdirilməsi prinsipləri haqqında Bakı Bəyannaməsini imzalamasını tarixin yaddaşına köçürüblər.
Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərinin şəkilləri təqdim olunub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışına qatılmasını və Rusiya-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə Putinin “Dostluq” ordeni ilə təltif edilməsini özündə əks etdirən fotolar da sərgidə nümayiş etdirilib.
İqtisadi sahədə əməkdaşlığa misal olaraq AZƏRTAC agentliyinin 2021-ci ildə Cəbrayılda “KamAZ” ASC-nin xidmət mərkəzinin və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin təməlinin qoyulmasından bəhs edən kadrı göstərmək olar. TASS Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün hazırlanan “Prezident Heydər Əliyev” adına neft tankerinin “Krasnoye Sormovo” zavodundan suya buraxılması mərasimindən foto təqdim edib.
AZƏRTAC-ın Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Heydər Əliyevlə Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın konsertdən sonra ünsiyyətindən çəkilən kadrları mədəni əlaqələrdən bəhs edir.
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşləri təkcə rəsmi fotoşəkillərlə deyil, həmçinin Bakı sakinləri ilə qeyri-rəsmi görüşündən kadrlarla təqdim olunub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB