Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Yan 09:10Ic-Siyaset
“Polis dedi, 2000 verməsən, videonuzu yayacağam” – Yol polisi heykəltəraşı şantaj edir?
Azərbaycanlı heykəltəraş Rəşid Məhərrəmov Dövlət Yol Polis əməkdaşlarından şikayətçidir.
RESPUBLİKAXEBER.AZ –ın məlumatına görə, bu barədə İnstaqram hesabında paylaşım edən R. Məhərrəmov bildirib ki, polislər onu videogörüntülərlə şantaj edərək, rüşvət tələb ediblər:
“Hadisə yanvarın 22-də baş verib. Tanışım olan bir xanımla özümüzə məxsus maşında Xırdalandan qayıdırdıq. Bu zaman xanım mənə zəng vuraraq halını birdən pisləşdiyini dedi. Mən də maşını qırağa çəkib saxlamağını istədim. Ekologiya Postunu keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərimizi saxladıq. Su götürüb, xanımın maşınına əyləşərək, onu sakitləşdirməyə çalışdım. Maşını 7-8 dəqiqə orada saxlamışdıq. Düşəndə, üzündən öpüb, sağollaşdım, maşını asta sürməsini, diqqətli olmasını dedim. Bu zaman 99-YP-687 nömrəli yol patrul maşınından polislər düşərək özlərini təqdim etmədən, üstümə hücum çəkərək, qışqıra-qışqıra qanunsuz işlərlə məşğul olduğumu bildirdilər. Dedilər ki, sən nalayiq işlər görürsən. Baş verənləri danışdım. Onlardan biri dedi ki, sizi çəkmişəm dana bilməzsən, telefonumda sübutum var. Qışqırıb sənədləri istədilər. Daha sonra sənədləri ciblərinə qoyub, Ekologiya postuna getməyimizi tələb etdilər. Səbəbini soruşduqda, dedi, yuxarıdan tapşırıq verilib ki, onların ikisini də gətirin bura. Dedim ki, maşındakı xanımımdır, istəmirəm posta getsin. Dedi 2000 min manat ver həll edək, nə xanım getsin posta, nə də sən. Xanımın posta getməməsi üçün məcbur qalıb razılaşdım. Dedim, 2000-ə gücüm yoxdur. Sonda 1500 manat tələb etdilər, dedilər haradan istəyirsən tap. Bir saata pulu gətir, sənədləri apar. Telefon nömrəmi götürdü. Daha sonra öz nömrəsindən zəng edərək dedi ki, bu mənim öz nömrəmdir”.
Şikayətçi daha sonra öz vəkilinə müraciət edib:
“Vəkilim, dedi nəbadə belə bir şey edərsən, heç bir qayda pozmamısan və onlar pulu haqsız yerə istəyiblər.
1 saat sonra posta qayıdaraq dedim ki, sənədlərimi qaytarın, sizə pul verməyəcəyəm. Dedi ki, sən kişi söhbəti etmirsən, bayaq başqa cür danışırdın, indi başqa…
“102”ə zəng edəcəyimi bildirdikdə isə məni videonu sosial şəbəkədə paylaşmaqla hədələdilər.
Yenə də “102”ə zəng etdim. Sonra dəfələrlə mənə zəng edib, şikayəti geri götürməyimi, sənədlərimi qaytaracağını dedilər. Lakin, mən şikayətimi geri götürmədim. Yenə də söz göndərib, məni video ilə şantaj etdilər.
Bununla bağlı Vilayət Eyvazova da müraciət etmişəm. Sənan və Taleh adlı həmin şəxslərlə bağlı araşdırma aparılmalıdır”.
Baş verənləri Bakupost.az –a təsdiqləyən R. Məhərrəmov qeyd edib ki, sənədlər hələ də qaytarılmayıb:
“Şikayətimlə bağlı “102”ə, DİN-ə lazımi qaydada müraciət etmişəm, araşdırma aparılır. Sənədlərimiz isə hələ də ordadır, qaytarmayıblar”.
Məsələ ilə bağlı BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevlə də əlaqə saxladıq.
N. Piriyev Bakupost.az –a araşdırılma aparılıb, əlavə məlumat veriləcəyini dedi.
DİN-nin mətbuat xidmətindən isə bildirildi ki, məsələ artıq nəzarətə götürülüb, araşdırma aparılır.
Qeyd edək ki, Rəşid Məhərrəmov Hərbi Qənimətlər Parkında sərgilənən Qarabağa zəfər yolunu açan xüsusi təyinatlı qüvvələrimizin, eləcə də Azərbaycan əsgəri qarşısında əzilən erməni zabit və əsgərlərin, eləcə də bir çox məşhurların maketlərini hazırlayan heykəltəraşdır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi