Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Dek 10:19Ic-Siyaset
Şahdağ Milli Parkı KİMİN DƏDƏ MALIDIR? - İTTİHAM
Respublikaxeber.az gundelik-baku.com-a istinadən xəbər verir ki, Yaşılıqların və meşə zolaqlarının qırılması, talan edilməsi, ümumiyyətlə, “yaşıl terror”la bağlı ölkə mediası neçə illərdir ki, yazmaqda, həyəcan siqnalı çalmaqda davam edir. Amma “yaşıl terror” davam edir.
Bütün cəmiyyət düşünürdü ki, Ekologiya va Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov vəzifəsindən gedərsə, bəlkə vəziyyətdə dönüş yarana bilər.
Amma…
Əmması odur ki, Hüseynqulu Bağırov nazir postundan getdi və onu Muxtar Babayev əvəz etsə də vəziyyət dəyişmədi. Əksinə meşələrin qırılması əvvəl gizli şəkildə həyata keçirilirdisə, indi proses aşkar şəraitdə həyata keçirilir.
“Yaşıl terror”a məruz qalan parklarlımızdan biri də Şahdağ Milli Parkıdır.
Təsəvvür edirsiniz, Cənubi Qafqazın ən böyük parklarından biri olan Şahdağ Milli Parkı 2006-cı ildə cənab Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılıb.
Bəlkə də çoxlarına adi park kimi gələ bilər, amma bu parkın ərazisi 130 hektardır. Və ən əsası parkın ərazisinə Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı rayonları ərazisindəki meşə sahələri aiddir. Hətta Pirqulu Dövlət Təbiət Qoruğu da…
Təsəvvür edirsiniz, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus Pirqulu Astrofizika Rəsədxanası da bu ərazidədir.
İri məmurların bu Astrofizika Rəsədxanasının başına açdığı oyunlardan bəhs edəcəyik.
Öncə onu qeyd edək ki, Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda nəsli kəsilməkdə olan növlərin, dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi olub. Həm də bu parkın ərazisində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdu.
Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alapaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.
Hətta Qafqazda sonuncu zubr (meşə kəli) 1927-ci ildə bu ərazidə ovlanıb. İndi orada zubr balaları var.
Parkı yaratmaqda məqsəd həm də ölkədə turizm sektorunu inkişaf etdirmək idi. Axı, Prezident hər dəfə deyir ki, qeyri-neft sektoru…
Bu gün dünyada elə ölkələr var ki, dövlət büdcəsinin 30 faizi turizmdən gəlir.
Bizim məmurlar isə Perzidentin yaratdığı Milli Parkı məhv edirlər.
Şahdağ Milli Parkı yaradılanda bütün nəzarət Ekologiya Nazirliyinə həvalə edilmişdi. Amma ekonazirliyin gəlib-gedən rəhbərləri bu parkın hesabına milyonlar qazandılar, itirən isə Azərbaycan təbiəti oldu.
Çünki Şahdağ Milli Parkının ərazisinin bir qismi iri məmurlar tərəfindən zəbt olundu, həmin ərazidə villalar, istirahət mərkəzləri və iaşə obyektləri tikildi.
Təsəvvür edirsiniz, İsmayıllıda Şahdağ Milli Parkının bir hissəsi olan meşələr ayrı-ayrı məmurlara satılıb.
Hətta parkın ərazisində fermer təsərrüfatları var.
Allah qoymasa, bunun harası Milli Park oldu ?
Hələ Şahdağ Milli Parkında ov edənlərdən, quş quşlayandan, kəl ovlayanlardan bəhs etmirik.
Əə, bəs deyrisiniz, vəhşi ermənilər təbiətimizi məhv edir ?
Bəs siz məmurların məhv etdiklərini kim(lər)in ayağına yazaq ?
Yalandan ov edənləri 2-3 min manat cərimə edirsiniz və məsələ bitir. O məmur üçün 2-3 min manat heç bir abbası, 20 qəpik də deyil...
Təsəvvür edirsiniz, Şahdağ Milli Parkına aid olan ərazidə Pirqulu Astrofizika Rəsədxanası var, bu nadir elm mərkəzidir.
Ancaq SOCAR-ın bəzi məmurları, sabiq baş nazirin müavini Abid Şərifovun yaxınları həmin ərazidə binalar, otellər tikirlər.
Və ən dəhşətlisi odur ki, bu qanunsuz tikililər Rəsədxananın teleskopunun qabağını kəsir...
Vallah, bunu əcnəbilər gəlib görə, üzümüzə...nə deyərlər..?
Bütün bunlar hamısı Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyevin gözünün qarşısında baş verir.
Nizaməddin Tağıyev Şahdağ Milli Parkının ərazisində hər ovçudan, hər ağac kəsəndən, hər otel tikəndən pulunu almasa, buna icazə verməz.
Bu adam parkın ərazisini fermerlər üçün örüş yerinə çevirib.
Bakıda əyləşən iri məmurların əli həmişə Nizaməddin Tağıyevin cibində olur. Və əvəzində parkın ərazisində istirahət mərkəzləri inşa edilir.
Sözün qısası, Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyev parkı dağıdır, satır, vəhşicəsinə məhv edir.
Hətta daxil olan məlumata görə, Nizaməddin Tağıyev nazir Muxtar Babayevi də saymır, onun tapşırıqlarına barmaqarası baxır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi