Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Sen 10:22Ic-Siyaset
Əli Həsənov “trollara“ 50 milyon manat xərcləyib - Şok iddia
Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş rəhbəri Əli Həsənovun dövlətin media layihələrindən müxtəlif maxinasiyalarla külli miqdarda vəsaiti mənimsədiyi barədə yeni faktlar üzə çıxır. Hazırda məhkəmə müstəvisində olan “KİVDF işi”-ndə bu barədə şahid ifadələri, onların təqdim etdikləri sübutlar ortaya qoyulub.
Məlum olur ki, 2009-2020-ci illər ərzində dövlət büdcəsindən mətbuatın inkişafı istiqamətində ayrılmış on milyonlarla manat Ə.Həsənovun nəzarətində olan “pulyuma vasitələrilə” şəxsi biznesə ötürülüb. Bu cinayətdə keçmiş şöbə müdirinin oğlu Şamxal Həsənovun da iştirak etdiyi bildirilir. Dövlət vəsaitlərinin bir qismi onun rəhbərlik etdiyi biznes strukturları vasitəsilə ələ keçirilib. Gözlənilir ki, məhkəmə prosesində ata-oğul Həsənovlar barəsində açqlanacaq ittihamlar və səsləndirilən şahid ifadələri onların həbsxanaya yolunu açacaq.
Respublikaxeber.az-ın KONKRET.az-a istinadən məlumatına görə, mətbuatda yayılan istintaq materiallarından aydın olur ki, Əli Həsənov təkcə media layihələrindən faydalanmayıb, ətrafında saxladığı “trol ordusu” üçün də külli miqdarda pullar alıb.
Məlumatlı mənbə bildirir ki, keçmiş şöbə müdiri “müxalifət fəallarına qarşı mübarizə” layihəsinə ildə təxminən 50 milyon manat cəlb edib. Bu vəsaitin bir qismi jurnalistlərə, bloqerlərə, QHT rəhbərlərinə paylanıb, əhəmiyyətli hissəsi isə silinərək mənimsənilib.
Ləğv olunmuş KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin istintaqa verdiyi ifadələr də bu maxinasiyaların bir qisminə işıq salıb.
V.Səfərli bildirib ki, Fond üçün Əli Həsənovun ailə mülkiyyətində olan binada yer icarəyə götürdükdən sonra şöbə müdirinin göstərişi ilə 2019-cu ildə bağlanmış icarə müqaviləsinə dəyişiklik edilib: “Binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi.
Əli Həsənov məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.
Vüqar Səfərlinin ifadəsindən məlum olur ki, Ə.Həsənov “trol ordusu” üçün öz şəxsi əmlakını dövlət hesabına icarəyə verib. Bəllidir ki, KİVDF üçün alınan icarə haqqı mövcud bazar qiymətlərindən azı iki dəfə yüksək olub.
Şübhəsiz ki, Həsənov öz binasından trollar üçün daha böyük sahəni icrayə verməklə daha böyük həcmdə vəsaiti çırpışdırıb. Beləliklə, müxtəlif qaynaqlardan əldə olunan milyonlarla vəsaitin bir hissəsi şişirdilmiş icarə müqavilələri vasitəsilə “yuyulub”.
“Trol ordusu”nun fəaliyyətinə gəlincə, onlar hökumətin deyil, daha çox Əli Həsənovun, Ramiz Mehdiyevin şəxsi maraqlarının keşiyində dayanıb. Sabiqlər haqqında bircə tənqidi ifadə işlətmək kifayət idi ki, müxtəlif saytlarda tənqid müəllifləri haqqında yüzlərlə təhqiramiz yazılar, “təhlillər” dərc olunsun, sosial şəbəkələrdə qarayaxma kampaniyaları aparılsın.
Amma ölkə rəhbərliyinə qarşı daxildə və xaricdə müxtəlif dairələrin sifarişi ilə start götürən silsilə böhtan kampaniyası zamanı Ə.Həsənovun “trol ordusu” susurdu.
Beləliklə, məlum olur ki, keçmiş şöbə müdiri dövlətin vəsaitini talamaqla yanaşı, hökumətdən əldə etdiyi pullar hesabına özünün və Ramiz Mehdiyevin maraqlarını qoruyan “trol ordusu” da saxlayıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi