Sorğu
Оцените работу движка

09 Avq 09:06Hərbi

Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Respublikaxəbər.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimi açıq elan olunub.

Tədbirdə çıxış edənlər işğal altında saxlanılan əzəli torpaqlarımızın Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edildiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu qürur hissi ilə vurğulayıblar.

Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə, verilən əmrləri şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə and içiblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi