Sorğu
Оцените работу движка

24 Okt 19:50Olke

Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - FOTO - VİDEO

Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - FOTO - VİDEO
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Respublikaxeberaz-a verilən məlumata görə, mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Tədbir iştirakçıları üçün şəhid V.Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda şəhidin atası Sübbuh Babayev ölkəmizdə şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlarla başa çatıb.



Respublikaxeber.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi