Sorğu
Оцените работу движка

03 Avq 16:48Hərbi

Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarılıb - FOTO

Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarılıb - FOTO

Müdafiə Nazirliyi hərbi qulluqçunun sosial şəbəkələrdə canlı yayımda çıxışı ilə əlaqədar açıqlama yayıb.

Respublikaxəbər.az APA-ya istinad olaraq məlumat verir ki, Müdafiə Nazirliyindən APA-ya daxil olan açıqlamada deyilir:

“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər U.Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi