Sorğu
Оцените работу движка

17 Yan 15:35Hərbi

Hərbi qulluqçumuz torpağa tapşırıldı - YENİLƏNİB

Hərbi qulluqçumuz torpağa tapşırıldı - YENİLƏNİB

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

Respublikaxeber.az xəbər verir ki, hərbçinin nəşi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Allah rəhmət eləsin!

***

12:23
Azərbaycan Ordusunun həlak olan hərbi qulluqçusu Cavidan Məmmdəli doğulduğu Şəki şəhərində dəfn edilir.

Respublikaxeber.az xəbər verir ki, o, evin tək oğlan övladı olub, 3 bacısı var.

Qeyd edək ki, Müdafiə Nazirliyi əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu açıqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi