Sorğu
Оцените работу движка

02 Apr 21:04Hadise

Salyanda yanğın zamanı iki qardaş yanıb, onlardan biri ölüb

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Salyanda yanğın zamanı xəsarət alan iki qardaşdan biri ölüb.

RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, hadisə ötən axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb.

Kənd sakini İsmayılov Amilə məxsus fərdi yaşayış evi anidən alovlanıb. Bu barədə məlumat daxil olan kimi FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.

Yanğın zamanı 2018-ci il təvəllüdlü İsmayılov Nihad Amil oğlu ağır yanıq xəsarətləri ilə hadisə yerində ölüb. Qardaşı 2013-cü il təvəllüdlü İsmayılov İsmayıl Amil oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan İ. İsmayılov Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.


RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi