Sorğu
Оцените работу движка

19 Noy 21:12Hadise

Şəkinin Köndələn kəndində azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Şəkidə 4 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Respublikaxəbər.az-ın məlumatına görə, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Səxavət oğlu Əlizadə bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.


Müayinə zamanı 4 yaşlı Ö. Əlizadənin yaşadığı ünvanda mürəbbə bişirən qaynar tiyana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub. Hazırda xəstəxanada Ö. Əlizadəyə lazımi tibbi yardım göstərilir, ona bədənin 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Ö. Əlizadənin vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi