Sorğu
Оцените работу движка

02 Fev 07:10Hadise

Siyəzəndə narkotik satan 10 nəfər tutulub

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan RESPUBLİKAXƏBƏR.AZ-a verilən xəbərə görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin əldə etməsi, saxlanılması, daşıması və satışı ilə məşğul olan Elman Qiyasov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman bükülülərdə satış məqsədi ilə daşıdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.


Qeyd edək ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi, daşınması və saxlanılması ilə məşğul olan 10 nəfər ( Həsənağa Hüseynov, Gündüz Şıxəliyev, Çimnaz Bayramova, İntiqam Balayev, Xancan Bayramov, Elnur Eldarov, Hikmət Abbasov, Zöhrab Əmirquliyev və Ramin Əliyev) saxlanılıb, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bütün faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qiyasovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Siyəzəndə narkotik satan 10 nəfər tutulub

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi