Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Noy 11:10Hadise
AĞDAŞDA 9 NƏFƏR NARKOTİK SATIŞI İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR TUTULUB.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib, son 20 gün ərzində 9 nəfər tutularaq istintaqa təhvil verilib. Araşdırma zamanı onlardan bir neçəsinin əvvəllər də eyni cinayəti törətdikləri üçün məhkum olunduqları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan RESPUBLİKAXƏBƏR.AZ-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı üzərində külli miqdarda ağır təsiredici narkotik vasitə daşımaqda şübhəli bilinən Kəyyam İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qrama yaxın heroin aşkar edilərək götürülüb. K.İsayev ifadəsində həmin narkotiki Bakı şəhərində başqa ölkə vətəndaşından 1000 manata aldığını bildirib.
Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər rayon sakini-Əkbər Hüseynov, Orxan Əliyev, Qadir Məmmədov, Nüsrət Səfərov, Pərvin Quliyev, Tofiq Qurbanzadə, Qədir Hacıyev və Tehran Əhmədov saxlanılıb. Onların üzərindən və yaşadıqları ünvanlardan müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, marixuana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Biz də redaksiya heyyətimiz adından, Ağdaş RPŞ-nin rəhbərliyi başda olmaqla, İB-nin, CAB-nin rəisinə və eləcə də bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi